Laboratoriya nəticələrini onlayn öyrənmək mümkün olan tibb müəssisələrinin sayı artırıldı

Laboratoriya nəticələrini onlayn öyrənmək mümkün olan tibb müəssisələrinin sayı artırıldı
SOSİAL
18:18 19.01.2023
305
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən "Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmətə inteqrasiya edilən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin sayı artırılıb.

Agentlikdən AZXEBER.COM-a verilən xəbərə görə, 70-dən artıq dövlət tibb müəssisəsində verilən laboratoriya analizlərinin cavabı ilə sözügedən elektron xidmət vasitəsilə tanış olmaq mümkündür. Bununla yanaşı, elektron xidmətin coğrafi əhatəsi də genişlənib. Hazırda 38 şəhər və rayonun sakinləri tibb müəssisələrində verdikləri laborator analizlərin nəticələrini onlayn qaydada öyrənə bilirlər.

Elektron xidmətdən istifadə etmək üçün vətəndaş Agentliyin rəsmi internet səhifəsinin (https://its.gov.az/) "E-xidmətlər” bölməsindən "Laboratoriya analizlərinin nəticələri” altbölməsinə daxil olmalıdır. Daha sonra açılan səhifədə boş xanaya "FİN” kod, "PROTOKOL nömrəsi”, "Doğum tarixi” və analiz verilən tarix aralığı daxil edilməlidir. Qeyd edək ki, "PROTOKOL nömrəsi”nin yazıldığı etiket vətəndaşa tibb müəssisəsi tərəfindən verilir.

Açılan səhifədə tibb müəssisəsinin adı, müəssisəyə müraciət tarixi və nümunə ID qeyd olunur. Burada yüklə işarəsini sıxmaqla analizin nəticələri ilə tanış olmaq mümkündür.

Məlumat üçün bildirək ki, aparılan struktur dəyişiklikləri səbəbindən hazırda bir tibb mərkəzinə bir neçə dövlət tibb müəssisəsi tabedir. Məsələn, nümunə ilə daha aydın izah edək: Sumqayıt Şəhər Uşaq Xəstəxanası, Sumqayıt Perinatal Mərkəz və Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası hazırda Sumqayıt Tibb Mərkəzinin tabeliyindədir. Bu səbəbdən yuxarıda adları çəkilən tibb müəssisələrində laborator analiz verən vətəndaşlar analizin cavabını onlayn qaydada öyrəndikdə xəstəxananın adı Sumqayıt Tibb Mərkəzi kimi qeyd olunur.

Ehtiyac olarsa vətəndaş elektron xidmət vasitəsilə laboratoriya analizlərinin nəticələrini çap funksiyasından istifadə edərək də əldə edə bilər. "Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmətdən istifadəyə dair video təlimatla buradan tanış olmaq olar.

Məlumat üçün bildirək ki, sözügedən elektron xidmətə e-Tabib mobil tətbiqi vasitəsilə də daxil olmaq mümkündür.

Bu elektron xidmət şəffaflığı, məkandan asılı olmayaraq laborator müayinə nəticələrinə əlçatanlığı təmin etmək, vətəndaşların növbələrdə analiz cavablarını gözləməsi hallarını azaltmaq, bununla da əhalinin rahatlığını təmin etmək məqsədilə yaradılıb. Xidmət vətəndaşlar üçün vaxt itirmədən və kağız daşıyıcıdan istifadə etmədən laboratoriya analizlərinin nəticələrini onlayn öyrənmək imkanı yaradır. Bunun nəticəsidir ki, ötən il elektron xidmətdən istifadə sayı 424 232 təşkil edib.

Qeyd edək ki, xidmətin istifadəyə verildiyi 2018-ci ildən etibarən tətbiq olunduğu tibb müəssisələrinin və şəhər/rayonların sayı 3-dən müvafiq olaraq 70-ə və 38-ə çatdırılıb. Elektron xidmətin əhatə etdiyi tibb müəssisələrinin və regionların sayının davamlı olaraq artırılması nəzərdə tutulub. Növbəti aylarda sözügedən elektron xidmətin tam olaraq Zaqatala, Balakən və Qax rayonlarını əhatə edəcəyi nəzərdə tutulur. Agentlik yaxın illərdə bu elektron xidmətin TƏBİB-in tabeliyindəki bütün tibb mərkəzlərində və poliklinikalarda (Ailə Sağlamlıq Mərkəzlərində) qurulmasını hədəfləyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəkidə elektrik cəryanının vurduğu kişi yanaraq ölüb
13:50 02.08.2026
Şəkidə elektrik cəryanının vurduğu kişi yanaraq ölüb
Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatıb
13:42 02.08.2026
Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatıb
Gəncədə 3 mərtəbəli evdə yanğın oldu - Fotolar
13:37 02.08.2026
Gəncədə 3 mərtəbəli evdə yanğın oldu - Fotolar
Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
13:20 02.08.2026
Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
13:09 02.08.2026
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
Sabah hava necə olacaq?
12:55 02.08.2026
Sabah hava necə olacaq?
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu -  VIDEO - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - VIDEO - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR