Lamin Yamal “Sabah” ilə oyunda meydana çıxmayacaq

Lamin Yamal “Sabah” ilə oyunda meydana çıxmayacaq
İDMAN
13:38 23.11.2026
116
İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal Bakıda "Sabah"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının oyununu buraxacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

19 yaşlı vinger sağ topuğunda hiss etdiyi yünhül narahatlıq səbəbindən sözügedən matçda meydana çıxmayacaq.

Onun bazar günü "Deportivo"ya qarşı görüşdə iştirak edə biləcəyi gözlənilir.

Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.
 
///Report
OXŞAR XƏBƏRLƏR