Leyla Əliyeva Şahdağ Milli Parkında zubrlara baxdı

Leyla Əliyeva Şahdağ Milli Parkında zubrlara baxdı
SOSİAL
17:23 22.05.2019
6131
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən birgə həyata keçirilən "Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində ölkəyə gətirilmiş zubrların mayın 21-də Şahdağ Milli Parkının İsmayıllı bölməsinə aid olan hissəsində onlar üçün yaradılmış xüsusi əraziyə buraxılması mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və digər qonaqlar iştirak ediblər.

Vaxtilə ölkəmizdə nəsli kəsilmiş vəhşi öküz - Qafqaz zubru növündən olan 8 baş heyvan mayın 16-da Fransa və Belçika zooparklarından Azərbaycana gətirilib. Onlar üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində xüsusi ərazi yaradılıb. Heyvanlar bir müddət bu ərazidə adaptasiya dövrü keçdikdən sonra Şahdağ Milli Parkına buraxılacaq. Əraziyə bu il daha 12 baş zubrun gətirilməsi də nəzərdə tutulur.

Yerli sakinlər və məktəblilər də zubrlara xüsusi maraq göstərərək tədbirə qoşulub, nəsli tükənmək təhlükəsi altında olan növlərin bərpası istiqamətində aparılan işlərlə tanış olub və öz dəstəklərini nümayiş etdiriblər. Eyni zamanda, tədbirə qatılan yerli gənc təbiətsevərlərə zubrların Azərbaycanda tarixi, onların təbiətdə rolu və mühafizəsi haqqında mühazirələr təşkil olunub.

Zubrlar vaxtilə Avrasiyada çox geniş arealda yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli, demək olar ki, kəsilib. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan zubrların böyük əksəriyyəti zooparklarda artırılıb və bu yolla növün bərpasına yönəlmiş səylər davam etdirilir. Vəhşi öküzlər güclü, cüssəli heyvanlardır və qədim zamanlardan insanlar tərəfindən güc rəmzi kimi qəbul olunub.

IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi ilə birgə ölkəmizdə nadir növlər olan Qafqaz bəbiri, ceyran və zubrların populyasiyasının bərpası istiqamətində uğurlu layihələr icra edir.

Zubrların Azərbaycanda biomüxtəlifliyinin daha da zənginləşdirilməsi və meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq layihənin təşkilatçıları ölkəmizin şimal bölgələrində yaşayan əhalini və ümumiyyətlə respublika ictimaiyyətini Qafqaz zubrlarının təbiətimizə qaytarılması, onların mühafizəsi və qanunsuz ovlanmasının qarşısının alınması işinə dəstək olmağa çağırırlar.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
14:36 15.07.2026
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
14:29 15.07.2026
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
14:19 15.07.2026
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
14:01 15.07.2026
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
13:52 15.07.2026
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Dronla vurulan gəminin kapitanı həlak oldu - Foto
13:35 15.07.2026
Dronla vurulan gəminin kapitanı həlak oldu - Foto
"Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi"
13:31 15.07.2026
"Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi"
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama
13:19 15.07.2026
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama
Bakıda bu küçədə hərəkət dəyişdirilir – Sürücülərə xəbərdarlıq
13:06 15.07.2026
Bakıda bu küçədə hərəkət dəyişdirilir – Sürücülərə xəbərdarlıq
Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI
13:01 15.07.2026
Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
12:59 15.07.2026
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
162 saylı avtobusundan narazılıq: "Kondisionerlər işləmir, nəfəs almaq olmur" - VİDEO
12:53 15.07.2026
162 saylı avtobusundan narazılıq: "Kondisionerlər işləmir, nəfəs almaq olmur" - VİDEO
“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini təqdim edib
12:42 15.07.2026
“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini təqdim edib
Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü
12:15 15.07.2026
Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü
Sevgi ilə emosional asılılığı necə ayırd etmək olar?
12:14 15.07.2026
Sevgi ilə emosional asılılığı necə ayırd etmək olar?
İran rəsmisi: ABŞ-ın hücumları onlarla mülki şəxsin ölümünə səbəb oldu
12:04 15.07.2026
İran rəsmisi: ABŞ-ın hücumları onlarla mülki şəxsin ölümünə səbəb oldu