Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində - FOTOLAR

Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində - FOTOLAR
SİYASƏT
22:20 27.12.2025
343
Dekabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər.

AZXEBER.COM xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mərkəzin fəaliyyətinə dair məlumat verib. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan müəssisədə əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum uşaqlar və digər həssas əhali qruplarına aid şəxslərin yaradıcı potensialı inkişaf etdirilir.

2021-ci ildə açılışı olan Mərkəzin Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olduğu, burada təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, bədii oyma, kulinariya, səhnə ifaçılığı və s. üzrə təlimlərin təşkil edildiyi bildirilib. Ötən dövrdə müəssisədə, onun İsmayıllı və Bərdədəki filiallarında 900-dən çox şəxsin təlimlərə və sosial-psixoloji dəstək xidmətlərinə cəlb olunduğu qeyd edilib.

Leyla Əliyeva və Alena Əliyeva tərəfindən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarına hədiyyələr təqdim edilib.

Onlar Mərkəzdə həssas qruplara aid benefisiarların hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olublar. Leyla Əliyeva və Alena Əliyevaya Mərkəz və filiallarında hazırlanmış əl işlərindən hədiyyələr verilib.

Hazırda Mərkəz və filiallarında 280-dən çox benefisiarın xidmətlərdən yararlandığı diqqətə çatdırılıb. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin bu il Yaponiyada keçirilən "Osaka, Kansai Ekspo 2025” Ümumdünya sərgisində uğurla təmsil olunduğu, cari ildə Mərkəz tərəfindən daha 150-dən çox inklüziv tədbirin keçirildiyi bildirilib.

Sonra 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş konsert proqramı nümayiş etdirilib. Proqram çərçivəsində 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İnklüziv Kamera Orkestri və İnklüziv ansamblının müşayiəti ilə Mərkəzin təlimçi və benefisiarları musiqi nömrələri ilə çıxış ediblər. Xalq artisti Zülfiyyə Xanbabayeva və Natiq Şirinov da həssas qruplardan olan istedadlarla eyni səhnəni bölüşüblər.

Sonra qonaqlara mərkəzdə hazırlanan əl işlərinin satışı portalının hazırlanması ilə bağlı pilot layihəyə dair məlumat verilib. Portal vasitəsilə həssas qruplara aid şəxslərin yaradıcılıq nümunələrinin daha geniş auditoriyaya təqdim ediləcəyi, bu layihənin həmin şəxslərin rifahına dəstək məqsədi daşıdığı bildirilib.

Leyla Əliyeva və Alena Əliyeva Mərkəzin təlimçi və benefisiarları ilə səmimi söhbət edib və onlarla xatirə şəkilləri çəkdiriblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?