Leyla və Arzu Əliyeva Pəncəli Teymurovun ailəsini ziyarət etdilər - FOTOLAR

Leyla və Arzu Əliyeva Pəncəli Teymurovun ailəsini ziyarət etdilər - FOTOLAR
SİYASƏT
21:47 21.11.2025
290
Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Astarada Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət ediblər.

AZXEBER.COM xəbər verir ki, görüş zamanı Aprel döyüşlərində şəhid olmuş Pəncəli Teymurovun xatirəsi ehtiramla yad edilib, onun Vətən uğrunda xidmətləri, hərbçi kimi yüksək peşəkarlıq, şücaət və mərdlik göstərməsi barədə danışılıb.

Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev-muzeyinə baxış keçiriblər.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, "Qoca” ləqəbli əfsanəvi kəşfiyyatçı Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. Hərbi xidmətdən sonra 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələr yarandığı ildən onun sıralarında xidmətini davam etdirən Pəncəli 17 il Vətənin keşiyində şərəflə dayanıb. Gizir Pəncəli Teymurov 2016-cı il Aprel döyüşləri zamanı arzuladığı zirvəyə - şəhidlik məqamına ucalıb.

Nümunəvi xidməti ilə sağlığında bir çox medallara və mükafatlara layiq görülən Pəncəli Teymurov ölümündən sonra 2016-cı ildə "Vətən uğrunda” medalı ilə təltif olunub. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin 2025-ci il noyabrın 7-də imzaladığı Sərəncamla Pəncəli Teymurova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
12:59 05.11.2026
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
12:41 05.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı
12:38 05.11.2026
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı