Leysan “Qarabağ”a imkan vermədi

İDMAN
13:11 25.01.2012
1590

“Qarabağ” klubu Antalyada hazırlıqlarını davam etdirir.

AZXEBER.COM-un məlumatına görə, dünən günün ikinci məşqi 18:00-a təyin olunub. Komandamız məşqə nəzərdə tutulmuş vaxtda başlasa da çalışmanı başa çatdırmaq mümkün olmayıb. Artıq necə gündür Antalyada davam edən qeyri-sabit hava şəraiti bu gün yerini şiddətli leysana verib. Bu səbəblə məşq vaxtından əvvəl başa çatmalı olub.

Qeyd edək ki, komandamız bu gün növbəti hazırlıq oyununa çıxacaq. Avstriya “Rid”iylə görüş 15:15-ə təyin olunub.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR