AZXEBER.COM "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bununla da o, portuqaliyalı Kriştianu Ronaldudan sonra milyarder statusuna çatan ikinci futbolçu kimi tarixə düşüb.
Bildirilib ki, hazırda "İnter Mayami"nin şərəfini qoruyan 38 yaşlı Messi maaş və bonus ödənişləri şəklində təqribən 700 milyon dollar gəlir əldə edib. Onun qazancının 1 milyard dollarlıq həddə çatması isə sponsorluq müqavilələri və "digər gəlirlər" sayəsində mümkün olub.
Milyarderlər indeksinə daxil edildiyi vaxt 41 yaşlı Ronaldunun sərvəti 1,4 milyard dollar təşkil edirdi. Beşqat "Qızıl top" sahibi olan portuqaliyalı ulduz 2022-ci ildən Ər-Riyadın "Ən-Nəsr" klubunda çıxış edir.











































