Magistratura imtahanında ölkə birincisi olan gənc: "Bəzi sahələrdə Azərbaycanda təhsil almaq vaxt itkisidir"

Magistratura imtahanında ölkə birincisi olan gənc: "Bəzi sahələrdə Azərbaycanda təhsil almaq vaxt itkisidir"
SOSİAL
15:37 02.06.2022
1932
Bu il magistraturaya qəbul imtahanlarında ölkə birincisi Tamerlan Abdullayev adlı tələbə olub. 

O, maksimum 100 ballıq sistmedə 99 bal toplayaraq ən yüksək nəticəni göstərib.  Tamerlan Abdullayev həmçinin 5 il öncə Xəzər Universitetinə 690 balla qəbul olub.

Ölkə birincisi AZXEBER.COM-a özəl müsahibəsində yüksək nəticə toplaması ilə bağlı sirlərini bölüşüb.

- İlk növbədə sizi təbrik edirik. Maksimum nəticə göstərmək üçün nə etmək lazımdır və nələr etmisiniz?

- Maksimum nəticə göstərmək üçün sadəcə olaraq keyfiyyətli şəkildə oxumaq, müəllimlərin tapşırıqlarını etmək lazımdır. İmtahandan öncəki günlərdə özünüzü çox yormamalısınız ki, imatahan zamanı da potensialınızı maksimum şəkildə göstərə biləsiniz. Çox yorulduqda, imtahandan əvvəlki günlərdə və ya imtahan gecəsi yuxusuz olduqda bunlar mənfi təsirlərini göstərir. Ona görə də bunlardan uzaq olmaq lazımdır. 

- Maraqlıdır, bu qədər bal toplayan şəxs magistr təhsilini harada davam etdirəcək?

- Magistr təhsilimi Amerika Birləşmiş Ştatlarının Cincinnati Universitetində davam etdirmək istəyirəm. Çünki oradan tam təqaüd almışam. Bundan başqa İtaliyanın Padua Universitetindən də tam təqaüd almışdım ki, bunlar arasında seçim etdikdə ABŞ-ın daha düzgün seçim olduğunu düşünürəm. Çünki ABŞ-da mənim ixtisasımla bağlı yaxşı şansların və imkanların olduğunu düşünürəm. 

- Tamerlan, təhsilinizlə bağlı qarşıda hansı hədəfləri qoymusuz?

- ABŞ-da qəbul olduğum ixtisas doktorantura dərəcəsinə aiddir. Kompüter mühəndisliyi və kompüter elmləri ixtisasıdır. Yəqin ki, doktorantura dərəcəsini almaq üçün 6-7 il təhsil alacağam. Bunun üçün orada dərs də deməliyəm ki, bu dərəcəni ala bilim. Daha sonra mümkün olsa, orada qalıb professor və ya başqa bir işçi kimi işləyəcəyəm. Mümkün olmasa, Azərbaycana qayıdıb öz biliklərimi bölüşəcəyəm. Elə indinin özündə də olimpiada üçün 3 nəfər də hazırlaşdırıram. Hazırlaşdırdığım uşaqlar qalib olsa, ölkəmizi Almaniyada təmsil edəcəyik. 

- Bəzi tələbələr arasında "Azərbaycanda magistr təhsilini almağa dəyməz” fikirləri var. Buna münasibətiniz necədir?

- Belə düşünürəm ki, təhsil sadəcə tələbənin özündən asılı olan bir şeydir. Çünki universitetlər sadəcə bütün tələbələrə başlanğıc bilgisini verir. Hər halda mühəndislik ixtisaslarında bu cürdür. Digər ixtisasları bilmirəm. Burada da geniş sahələr olduğu üçün və daim yenilənən bir sahə olduğu üçün universitetlərin verdiyi bilgi sadəcə başlanğıc bilgiləridir. Ondan sonra hər bir şey tələbənin özündən asılıdır ki, özünü inkişaf etdirsin. Məsələn, kompüter mühəndisliyi oxuyuram, bunun üçün onlarla sahə var ki, siz öz yolunuzu tapıb həmin sahə üzrə davam edə bilərsiniz. Bunun hər biri üçün tam şəkildə bilgi vermək mümkün olmadığı üçün universitetlər ilkin bilgi verir ki, seçim də tamamilə tələbənin özündən asılı olsun. Universitetin verdiyi bilgilər iş mühiti üçün yetmədiyi üçün hər bir tələbə öz yolunu seçdikdən sonra bu sahədə müxtəlif araşdırmalar etməli, kurslar götürməli və bu sahədə özünü inkişaf etdirməyə davam etməlidir.

Əgər tələbə öz ixtisasında inkişaf edəcəyini düşünürsə, yaxud bunun üçün magistra ehtiyac olduğunu düşünürsə, Azərbaycanda magistr təhsili almaq dəyər. Amma Azərbaycanda qeyd etdiyim sırf yenilənən sahələrdə, fikrimcə, iki il magistr oxumaq sadəcə vaxt itkisidir. Çünki bu sahələr bizdə o qədər də inkişaf etməyib. Xarici mütəxəssislərdən istifadə olunur. Əgər bunu düşünməsəydim, özüm də təhsilimi Azərbaycanda davam etdirməyi seçərdim. Amma indiki halda xaricdə davam etdirmək istəyirəm.
 
- Bildiyimiz qədərilə bakalavr qəbul imtahanında da yüksək (690) bal yığmısınız. Bu uğurlu nəticələr üçün nəyəsə və ya kiməsə borclusunuzmu?

- Bakalavrda hər iki imtahanda 690 bal toplamışdım. Biri aprel imtahanı, digəri isə iyun imtahanı idi. Hər ikisində bir səhvim olmuşdu. Bu nəticəyə görə mən valideynlərimə və müəllimlərimə borcluyam. Ən önəmlisi valideynlərim idi ki, mənim üzərimdə dayandılar və təhsil almağıma dəstək göstərdilər. Əgər başqa valideynlərin övladı olsaydım, çox güman ki, mən bu nəticəni göstərə bilməyəcəkdim. Mənim qardaşım da 2018-də keçirilən hər iki qəbul imtahanında 690 bal toplayaraq Xəzər Universitetini seçib. Yəni, önəmli olan valideyn və müəllim faktorlarıdır ki, tələbə uğur qazansın.

- Şagird və tələbələrə məsləhətiniz nələrdir?

- Onlara məsləhətim o ola bilər ki, keyfiyyətli şəkildə oxumağa davam etsinlər. Sadəcə "3 saat dərs oxuyum, bu, kifayətdir” kimi fikirlərlə ümidlənməsinlər. Dərsi qavrayana qədər oxusalar, kifayət edər. Çünki mən özüm də belə edirdim. Tapşırıq və dərsləri özüm başa düşənə qədər oxuyurdum ki, sonra mənə problem yaratmasın. Tələbələrə məsləhətim də bundan ibarətdir.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
14:47 05.06.2026
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
14:44 05.06.2026
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır
14:35 05.06.2026
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır
Qadınlar diqqətsiz kişilərə niyə daha çox meyl edir? - ARAŞDIRMA
14:32 05.06.2026
Qadınlar diqqətsiz kişilərə niyə daha çox meyl edir? - ARAŞDIRMA
MEDİA: CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik
14:24 05.06.2026
MEDİA: CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik
Müctəba Xamenei 2000-dən çox məhkumu əfv etdi
14:21 05.06.2026
Müctəba Xamenei 2000-dən çox məhkumu əfv etdi
Təhsil işçilərinə TəhsilPlus kartları təqdim olundu
14:12 05.06.2026
Təhsil işçilərinə TəhsilPlus kartları təqdim olundu