Mahir Emrelinin transfer qiyməti artdı

İDMAN
11:24 16.10.2021
322
Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transfer dəyərində dəyişiklik olub.

Bu barədə "Transfermarkt.ru" portalının rəsmi instaqram hesabı məlumat yayıb.

24 yaşlı hücumçunun qiyməti 2 milyon avroya çatıb. Beləliklə, forvard Polşa Ekstraklasasının ən dəyərli futbolçuları sırasında ilk "10-luğ”a girib. Emreli komanda yoldaşı Bartoş Slişlə 9-10-cu yerləri bölüşdürür. 

Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb.

OXŞAR XƏBƏRLƏR