Mahir Şükürova sərt cəzalandırıldı

İDMAN
01:20 24.08.2011
1811

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında avqustun 19-da keçirilmiş Unibank Premyer Liqasının III turunun “Qəbələ” - AZAL matçındakı olaylarla bağlı qərar qəbul edilib. AFFA “Qəbələ”nin futbolçusu Mahir Şükürovu aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalandırıb, klub 4000 manat cərimə olunub.“Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimələnib. “Qəbələ” klubuna Premyer Liqa matçlarında azarkeşlərinin davranışı ilə bağlı müvafiq tədbirlər görmək tapşırılıb. Əks halda analoji hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.“Qəbələ” klubu ev oyunlarında ictimai təhlükəsizliyin maksimum dərəcədə qorunması üçün lazımi tədbirləri gücləndirmək tapşırığı verilib.

OXŞAR XƏBƏRLƏR