Manaf Ağayev: "Ən sevdiyim nəqliyyat növü metrodur, anam-bacım da istifadə edir"

MAQAZİN
17:33 14.09.2021
2910
"O sözləri dediyimi sübut eləsinlər, bütün Azərbaycan xalqından üzr istəyəcəyəm".

Bunu "Report"a açıqlamasında müğənni Manaf Ağayev deyib.

O bildirib ki, həmin məsələ ətrafında çıxışını 4 il əvvəl prodüser, aparıcı Tarix Əliyevin (Tolik) "Hər şey daxil" verilişində iştirak edərkən deyib: "Tolikin verilişində olanda demişdim ki, müğənni toy geyimində metrodan istifadə etmək əvəzinə taksi ilə getsin. Yəni burada toxunmaq istədiyim məsələ tamam başqa idi. Üstündən illər ötəndən sonra sözlərimi müxtəlif yerlərə yozurlar".

Müğənni qeyd edib ki, onun digər ailə üzvləri də metrodan istifadə edir: "Mənim anam, bacım, qardaşım hər gün metrodan istifadə edir. Mən ağsaqqal adamam, dəli deyiləm ki, belə ifadə işlədim. Özümün də ən sevdiyim nəqliyyat növü metrodur. Cavanlığımda hər gün metrodan istifadə edirdim. Bunları da heç vaxt danmamışam".

M.Ağayev mətbuatdan şikayətlənib: "O qədər yaxşı işlərim var. Qarabağ müharibəsində orduya 30 min manat yardım etmişəm, qaziyə maşın almışam, pandemiya dövründə xeyriyyə işlərində fəal iştirak etmişəm. Niyə bunlardan danışan yoxdur?! Əslində, məqsədim etdiklərimi demək deyil, sadəcə yazılanlardan dəhşətə gəlirəm. Bəzi media qurumları və nümayəndələri ancaq qarayaxma ilə məşğul olurlar".

Qeyd edək ki, M.Ağayevin metrodan istifadə edənləri təhqir etməsi barədə məlumatlar yayılıb. İddialara görə, o deyib: "Müğəninin metrodan istifadə etməsi doğru deyil. Deməzlər ki, bu nə gündədir ki, metro ilə gedir? Mən özümə o sözü dedizdirmərəm. Metro bizlər üçün deyil".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:38 17.10.2021

Bir sıra müsəlman ölkələrində Məhəmməd peyğəmbərin mövlud günü qeyd edilir

22:28 17.10.2021

Əfqanıstanda yaşayış binasının damının uçması nəticəsində 6 nəfər öldü

22:10 17.10.2021

"ABŞ Dağlıq Qarabağı öz forpostu kimi görmək istəyərdi" - Rusiyalı ekspert

21:59 17.10.2021

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 1 qızıl, 1 bürünc medalla 4-cü yeri tutub

21:39 17.10.2021

ABŞ-da universitetdə atışma olub, ölən və xəsarət alanlar var

21:24 17.10.2021

Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir

21:07 17.10.2021

Azərbaycanın Birinci vitse-prezidenti Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdü

20:50 17.10.2021

Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq - Prezident

20:40 17.10.2021

Türkiyənin Gürcüstandakı səfiri: “Türkiyə güclənən Azərbaycanla qürur duyur”

20:26 17.10.2021

İranın Baş Qərargah rəisinin Rusiyaya səfəri başladı

20:14 17.10.2021

Prezident: “Biz öz ləyaqətimizi, qürurumuzu, müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik”

20:08 17.10.2021

Bill Klinton xəstəxanadan evə buraxıldı

19:16 17.10.2021

Türkiyə hərbçiləri PKK-nın daha 5 terrorçusunu zərərsizləşdirdi

18:58 17.10.2021

QMİ-nin şöbə müdiri koronavirusdan vəfat etdi

18:36 17.10.2021

Baş epidemioloq: “Gürcüstanda pandemiyanın beşinci dalğası başlayıb”

18:25 17.10.2021

Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisinə 1,5 milyon manat ayrıldı