Maqsud Mahmudov: "Mən namaz qılan adamam, haram yemərəm"

Maqsud Mahmudov: "Mən namaz qılan adamam, haram yemərəm"
SOSİAL
18:35 16.03.2022
438
Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AZXEBER.COM-un Trend-ə istinadla məlumatına görə, hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Reyhan Mahmudova bildirib ki, lombarda 600 manatlıq qızıl qoyub, əvəzində 150 manat götürüb.

"Pulu qaytarandan sonra bir ay qızılı ala bilmədim. Bir aydan sonra qızılımı qaytardılar. Qızılı verəndə Maqsud orada idi, amma mən onunla söhbət etməmişəm. Qızılı Mədinəyə vermişəm, pulu da ondan götürmüşəm. Pulu qaytarandan sonra məlum oldu ki, Maqsud qızılları götürüb qaçıb. Mən və digər zərərçəkmişlər polisə şikayət etdik. Ondan sonra qızılları qaytardılar. Əvvəllər də 2 il lombardla işləmişik. Yoldaşım pul qoyub qızıl götürürdü. Heç vaxt problem olmurdu", - deyə zərərçəkmiş bildirib.

Digər zərərçəkmiş Zemfira Əsgərova isə bildirib ki, ona qızılının oğurlanması ilə bağlı zəng edilib: "Dedilər ki, Maqsud qızılları "atıb". Mən də yoldaşımla lombarda getdim, gördüm qapı bağlıdır. Mədinə xanıma zəng vurdum. Dedi ki, get şikayət elə. Mən də şikayət etdim. Şikayətdən sonra çağırıb qızıllarımı verdilər. Şikayət edəndə pulu tam ödəməmişdim. Qızılı gətirdilər, pulu ödədim".

Prosesdə ifadə verən digər zərərçəkmiş Mərziyə Məmişzadə isə deyib ki, 200 manat pula görə 650 manatlıq qızıl girov qoyub: "200 manat pul götürmüşdüm. Hər ay faizini ödəyirdim. Pulu tam olaraq qaytarmağa gələndə gördüm ki, aləm dəyib bir-birinə. Mədinə də qalmışdı hamının qarşısında çarəsiz. Mədinə dedi ki, mənim üstümə gəlməyin, Maqsud qızılları götürüb qaçıb. Mədinə əvvəl dedi ki, qızılları banka girov qoyublar. Sonra dedi ki, Maqsud qaçıb. Mən də polisə şikayət etdim. Bir ay sonra qızıllarımı verdilər".

Maqsud Mahmudov isə bildirib ki, zərərçəkmişlər bir nəfər tərəfindən öyrədilib: "Mən namaz qılan adamam, yalan danışa bilmərəm. Mən qızıl götürüb qaçmamışam, haram yeməmişəm. Mənə yalan danışmaq yaraşmaz. Zərərçəkmişlər arasında namaz qılanlar var. Mən həmin vaxt Ukraynaya müalicəyə getmişdim. Bir həftəyə qayıdacaqdım".

Proses martın 28-də davam etdiriləcək.

Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi