Marketlərdəki kassalarda koronavirusa yoluxa bilərsiniz - Sədrdən XƏBƏRDARLIQ

Marketlərdəki kassalarda koronavirusa yoluxa bilərsiniz - Sədrdən XƏBƏRDARLIQ
SOSİAL
10:39 15.05.2020
764
Koronavirus pandemiyası ilə bağlı təhlükənin mövcud olduğu bu günlərdə hər bir vətəndaş ictimai nəzarətçi qismində çıxış etməlidir.

Bunu AZXEBER.COM -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Mağazalarda, müxtəlif xidmət sahələrində gigiyenik qaydalara əməl olunmasına, qoyulan normaların pozulmamasına yalnız dövlətin nəzarət etməsinin mümkünsüz olduğunu deyən AİB sədri bu məsələlərdə ictimai qınaq amilinin önə çıxmasının vacibliyini vurğulayıb: "Mağazalarda gigiyenik tələblərə əməl olunması kimi məsələlərlə bağlı inzibati nəzarət tədbirləri həyata keçirilmir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun hərəkət etmək hər bir xidmət göstərənə elan olunub, onlar da buna uyğun tədbirlər həyata keçirirlər. Bu prosesdə ictimai qınağın böyük rolu olmalıdır. İnsanlar özləri diqqətli olmaqla yanaşı, biznes qurumlarını da normaları yerinə yetirməyə məcbur etməlidirlər”.

AİB sədri mağaza və marketlərdəki problemlərə də toxunub: "Mağazalarda kassada oturanların əksəriyyəti əlcəklə işləyirlər. Eyni əlcəklə insanların kartını, pulunu alırlar, məhsulları kassaya vururlar və s. Əgər koronavirusun yayılması açıqlandığı şəkildədirsə, o zaman kassadakı vəziyyət insanlara bir-birindən koronavirus ötürmək üçün şərait yaradır. Bu cür problem yol polislərində də var idi. Bütün sürücülərin sənədlərinə eyni əlcəklə baxılırdı. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxladıq, bu vəziyyət 80 faiz ortadan qaldırılıb”.

AİB sədri qeyd edib ki, qonşu Gürcüstanda pulu müəyyən bir temperaturdan keçirdikdən sonra müştəriyə qaytarırlar: "Sosial məsafənin saxlanılması vacibdir. Dükan rəhbərliyi öndə olmalıdır və qayda-qanuna əməl olunmasına nəzarət etməlidir. İctimai nəzarət meydana çıxmalıdır. Hər bir insan ictimai nəzarətçi qismində çıxış etməlidir. Məsələn, Almaniyada daha çox da yaşlı insanlar qaydala pozuntusu halına rast gəldikdə polisə xəbər, irad tuturlar. Qeyd etdiyim kimi, bunların hamısına dövlət nəzarət edə bilməz”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
18:26 23.07.2026
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
Aİ "Google"u 890 milyon avro cərimələyib
18:25 23.07.2026
Aİ "Google"u 890 milyon avro cərimələyib
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
17:53 23.07.2026
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
17:39 23.07.2026
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
17:28 23.07.2026
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
17:25 23.07.2026
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
17:20 23.07.2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
16:45 23.07.2026
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
16:27 23.07.2026
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
16:20 23.07.2026
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
16:12 23.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
16:09 23.07.2026
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
Bu ərazilərdə qaz olmayacaq
16:04 23.07.2026
Bu ərazilərdə qaz olmayacaq
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
15:49 23.07.2026
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
Ətin qiyməti niyə od tutub yanır?
15:37 23.07.2026
Ətin qiyməti niyə od tutub yanır?
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO
15:26 23.07.2026
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO