“McDonald’s Azerbaijan” əməkdaşlarının könüllü peyvəndlənməsinə başlanılıb – FOTO – VİDEO

“McDonald’s Azerbaijan”  əməkdaşlarının könüllü peyvəndlənməsinə başlanılıb – FOTO – VİDEO
SOSİAL
10:58 16.04.2021
751
Bu gün rəhbərlik başda olmaqla, "McDonald’s Azerbaijan” şirkətinin əməkdaşlarının "Sinovac Biotech” şirkətinin istehsal etdiyi "CoronoVac” vaksini ilə peyvəndlənməsinin birinci mərhələsinə başlanılıb.

AZXEBER.COM xəbər verir ki, əməkdaşların və restoran qonaqlarının təhlükəsizliyi hər zaman "McDonald’s Azerbaijan” şirkəti üçün əsas iş prinsiplərindən olub. Bu səbəbdən, əməkdaşların peyvənd olunması koronavirusa qarşı qəbul edilmiş profilaktik tədbirlərə riayət olunmanın məntiqi davamıdır.

"Məlum olduğu kimi ÜST-nin bəyanatlarına uyğun olaraq, Azərbaycanda əhalinin 70%-nin peyvəndlənməsi qarşıya məqsəd qoyulub. İctimai iaşə sahəsinin nümayəndələri olaraq bilirik ki, ölkədəki gələcək epidemioloji vəziyyət əhalinin kafe və restoranlara getməsinin nə dərəcədə təhlükəsiz olmasından asılıdır. Əməkdaşların peyvəndlənməsi təkcə onların deyil, həm də qonaqların təhlükəsizliyini təmin etməyə imkan verəcək. Bu isə öz növbəsində, karantin rejiminin potensial sərtləşdirilməsindən yayınmağa və daha qısa zamanda normal həyata qayıtmağa imkan yaradacaq.

Bu səbəbdən, "McDonald’s Azerbaijan” şirkətinin rəhbərliyi ölkənin müəyyənləşdirdiyi strategiyaya riayət edərək, hazırki reallıqda yeganə düzgün çıxış yolunu - əməkdaşların peyvəndlənməsi yolunu seçib”, - şirkətdən bildiriblər.
 
Qeyd etmək lazımdır ki, şirkət əməkdaşlarının peyvəndlənməsi könüllülük prinsipi əsasında həyata keçirilir. Bununla belə, bu prosedurdan keçməzdən öncə şirkət əməkdaşları mütləq tibbi baxışdan keçirlər.

"Yalnız peyvəndləmə koronavirusun yayılmasının qarşısını almağa, kollektiv immunitet yaratmağa və pandemiyanın çoxdandır gözlənilən sonunu yaxınlaşdırmağa imkan verəcək”, - deyə vaksinin ilk dozası vurulmuş şirkət əməkdaşları bildiriblər.
 
Xatırladaq ki, pandemiyanın başlandığı vaxtdan etibarən Azərbaycanda koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində müəyyən edilmiş qaydalara uyğun olaraq, "McDonald’s Azerbaijan” şirkəti əməkdaşların və restoranlara gələn qonaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görülüb. Belə ki, işçi heyəti üçün fərdi mühafizə vasitələri (maskalar, dezinfeksiyaedici vasitələr, qoruyucu lövhələr) əldə edilib. "McDonalds Azerbaijan” şirkətinin bütün filiallarında mütəmadi dezinfeksiya işləri aparılır, əməkdaşların temperaturu ölçülür və qonaqların sosial məsafəyə riayət etməsi üçün bütün lazımi şərait yaradılıb.

Bundan başqa, bütün məkanlarda əməkdaşlar üçün məlumat lövhələri, sanitar və şəxsi gigiyena qaydaları haqqında tədris materialları yerləşdirilib. Bundan başqa, qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün əməkdaşlar mütəmadi tibbi baxışdan keçirlər.
 

 

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO