"Mediatrends” süni intellekt əsaslı yeni funksiyanı təqdim edir
AZXEBER.COM xəbər verir ki, bu sözləri Osman Gündüz Mətbuat Şurasının Sosial Media İstifadəçiləri ilə Ələqələr Komissiyasının təşkilatçılığı ilə "Süni intellekt dövründə media monitorinqi və analitika: Mediatrends imkanları” mövzusunda keçirilən tədbir zamanı deyib.
Yeni sistemdə istifadəçi istəyini adi cümlə ilə yazır, süni intellekt agenti isə sorğunu anlayaraq müvafiq məlumatları axtarır və təhlil edir.
Funksiya çərçivəsində agent mövcud məlumat bazasında axtarış aparır, məlumatları müqayisə edir, əsas trendləri və riskləri müəyyənləşdirir.
Sorğunun nəticəsi isə hazır hesabat formasında təqdim olunur. Hesabat PDF, DOCX və XLSX formatlarında hazırlanır.
Beləliklə, istifadəçi mürəkkəb axtarış və təhlil prosesləri aparmadan, istəyini adi dildə ifadə etməklə lazımi məlumatı əldə edə bilir.
Şahanə










































