Məktəbini dəyişən uşaqlarda bu problem yarana bilər – Psixoloq açıqladı

Məktəbini dəyişən uşaqlarda bu problem yarana bilər – Psixoloq açıqladı
SOSİAL
13:55 01.10.2026
522
Məktəbini dəyişən bəzi uşaqlar yeni mühitə uyğunlaşmaqda çətinlik çəkirlər. Belə uşaqlar sinif yoldaşları ilə ünsiyyət qurmaqdan çəkinir, dərslərdə danışmaq və fəal iştirak etmək istəmirlər. Valideynlərin narahatlığına səbəb olan bu hal uşağın davranışında və dərsə münasibətində də özünü göstərə bilir.

Psixoloq Nabat Mirzəyeva AZXEBER.COM-a açıqlamasında deyib ki, məktəb dəyişikliyi uşaq üçün sosial mühitin itirilməsi deməkdir:

"Belə hallarda uşağın davranışını dərhal "ünsiyyət qura bilmir”, "tərbiyəsizdir” və ya "utancaqdır” kimi qiymətləndirmək düzgün deyil. Çünki məktəb və ya sinif dəyişikliyi uşaq üçün sadəcə binanın və ya sinif otağının dəyişməsi demək deyil. Bu, eyni zamanda onun tanış olduğu sosial mühitin və dost çevrəsinin itirilməsi deməkdir.
Uşaq əvvəlki məktəbində öz yerini bilirdi. Kiminlə dostluq edəcəyini, müəllimin kim olduğunu, müəllimin ona necə yanaşacağını, sinifdə hansı qaydaların olduğunu və özünün necə davranmalı olduğunu artıq bilirdi. Yeni məktəbə keçdikdə isə bütün bunları yenidən qurmalı olur. Kimlə dostlaşacağını, sinif yoldaşlarının ona necə yanaşacağını bilmir və beynində bir çox suallar yaranmağa başlayır. İstər-istəməz, bu dəyişiklik bir çox uşaqda sosial narahatlıq yarada bilər. Uşaq düşünə bilər: "Məni qəbul edəcəklərmi?”, "Mənimlə dostlaşacaqlarmı?”, "Dərsdə səhv cavab versəm nə olacaq?”, "Mənə güləcəklərmi?”, "Müəllim məni necə qiymətləndirəcək?” Bu düşüncələr zamanla uşağın davranışına təsir göstərməyə başlayır. Uşaq dərsin cavabını bildiyi halda əlini qaldırmaya, danışmaqdan çəkinə, sinif yoldaşları ilə ünsiyyət qurmaqdan ehtiyat edə bilər. Bəzən bu vəziyyət müəyyən müddət davam edir”.

Psixoloq vurğulayıb ki, valideyn bu problemi təzyiq göstərərək həll etməyə çalışmamalıdır:

"Uşağın sinif yoldaşları ilə ünsiyyət qura bilməməsinin səbəbi nə ola bilər? Bunun səbəbləri uşağın xarakter xüsusiyyətləri, əvvəlki sosial təcrübələri və yeni sinfə münasibəti ilə bağlı ola bilər. Uşağın özünə inamı, özünə güvəni, əvvəllər dostları ilə necə ünsiyyət qurması və yeni mühitə necə yanaşması burada mühüm rol oynayır. Bəzən uşaq əslində ünsiyyət qurmaq istəyir, sadəcə ilk addımı atmaqdan çəkinir. Buna görə valideyn təzyiq göstərərək bu problemi həll etməyə çalışmamalıdır. "Get uşaqlarla danış”, "Get onlara qoşul”, "Burada utanmalı nə var?” kimi ifadələr uşağı daha da gərginləşdirə bilər. Valideyn uşağın hisslərini kiçiltmək əvəzinə onu anlamağa çalışmalıdır. Uşağa kiçik sosial addımlar öyrətmək daha faydalıdır. Məsələn, bir uşağa salam vermək, onun yanında oturmaq, birlikdə oyun oynamağı təklif etmək, dərslə bağlı sadə bir sual vermək kimi kiçik addımlar uşağın sosial bacarıqlarının inkişafına kömək edə bilər”.

"Əgər məktəb dəyişdikdən sonra ilk həftələrdə bu cür çətinliklər müşahidə olunursa, bu, müəyyən qədər normal hesab edilə bilər. Lakin vəziyyət uzun müddət davam edirsə, uşaq sinifdə və dostları ilə ünsiyyət qurmaqda ciddi çətinlik çəkirsə, xüsusilə də evdə normal ünsiyyət qurduğu halda məktəbdə özünü tamamilə qapadırsa, məsələyə daha diqqətlə yanaşmaq lazımdır.
Çünki burada məsələ artıq yalnız adaptasiya ilə bağlı olmaya bilər. Uşaqda sosial narahatlıq və ya onu daxildən sıxan başqa bir problem də ola bilər. Belə hallarda uşağın vəziyyətinin bir mütəxəssis tərəfindən qiymətləndirilməsi faydalıdır. Valideyn üçün ən vacib məqamlardan biri uşağa təzyiq göstərməməkdir. "Niyə danışmırsan?”, "Belə utancaq olmaq olmaz”, "Müəllim səndən narazı qalacaq”, "Sən özünə heç inanmırsan” kimi ifadələr uşağın özünəinamını daha da zəiflədə və onun daha çox qapanmasına səbəb ola bilər. "Başa düşürəm, yeni sinifdir və hər şey sənə yad görünə bilər. Yavaş-yavaş öyrəşəcəksən. İlk günlərdə belə hiss etmək normaldır. Hamı ilə dərhal dost olmaq məcburiyyətində deyilsən. Amma özünü daha rahat hiss etmək üçün kiçik addımlarla sinif yoldaşlarınla ünsiyyət qurmağa çalışa bilərsən” kimi ünsiyyət qurmaq daha düzgündür. Belə yanaşma uşağa hiss etdirir ki, valideyn ondan dərhal nəticə gözləmir, ona zaman verir və bu müddətdə yanında olur”,-deyə psixoloq vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ABŞ-nin nüvə sınaqlarının bərpasına cavab verəcək
23:53 15.11.2026
Rusiya ABŞ-nin nüvə sınaqlarının bərpasına cavab verəcək
Sumqayıtda güclü külək elektrik dirəyini aşırıb, yaşayış massivi işıqsız qalıb
23:45 15.11.2026
Sumqayıtda güclü külək elektrik dirəyini aşırıb, yaşayış massivi işıqsız qalıb
Çin və ABŞ hərbçilər arasında potensial insidentlərin qarşısını almağa çalışırlar
23:31 15.11.2026
Çin və ABŞ hərbçilər arasında potensial insidentlərin qarşısını almağa çalışırlar
Göyçayda avtomobil yanaraq kül oldu
23:19 15.11.2026
Göyçayda avtomobil yanaraq kül oldu
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
23:00 15.11.2026
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
22:48 15.11.2026
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
ABŞ aviasiyasını iflic edən nasazlığın mənbəyi aşkarlandı
22:26 15.11.2026
ABŞ aviasiyasını iflic edən nasazlığın mənbəyi aşkarlandı
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
22:12 15.11.2026
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Gəncədə nəvə nənəsinin evindən 100 min manatlıq oğurluq etdi: Pərdədən boşqaba qədər hər şeyi satdı
21:54 15.11.2026
Gəncədə nəvə nənəsinin evindən 100 min manatlıq oğurluq etdi: Pərdədən boşqaba qədər hər şeyi satdı
Şagirdləri ilə birgə ağır qəzada həlak olan müəllim sertifikasiya imtahanından yüksək bal toplayıbmış
21:43 15.11.2026
Şagirdləri ilə birgə ağır qəzada həlak olan müəllim sertifikasiya imtahanından yüksək bal toplayıbmış
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
21:15 15.11.2026
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu
20:59 15.11.2026
Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu
“Taliban” Əfqanıstanda bunu qadağan etdi
20:48 15.11.2026
“Taliban” Əfqanıstanda bunu qadağan etdi
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
20:33 15.11.2026
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq
20:22 15.11.2026
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq
İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna diqqət və qayğısı bu sahənin inkişafında xüsusi yer tutur
20:00 15.11.2026
İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna diqqət və qayğısı bu sahənin inkişafında xüsusi yer tutur