Məktəblərdə "iş dəftəri"nə ehtiyac var? - Ekspert danışdı

Məktəblərdə "iş dəftəri"nə ehtiyac var? - Ekspert danışdı
SOSİAL
13:52 13.10.2025
730
"Məktəblərdə iş dəftərlərinin alınması ilə bağlı son illər cəmiyyətdə yaranan narazılıqlar təhsil siyasətinin praktik icra mexanizmlərində olan boşluqlarla bağlıdır”.

Bu fikirləri AZXEBER.COM-a təhsil eksperti Kamran Əsədov bildirib. 

O deyib ki, təhlil göstərir ki, bu məsələ təkcə maliyyə yükü kimi deyil, həm də valideyn hüquqlarının, müəllim məsuliyyətinin və təhsil resurslarının ədalətli idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır:

"Halbuki "Ümumi təhsil haqqında” Qanunun 14.2-ci maddəsinə əsasən, dövlət ümumi təhsil müəssisələrində dərsliklər və tədris vasitələri dövlət hesabına təmin edilməlidir. İş dəftərləri isə bu təminatın tərkib hissəsinə daxil edilmədiyindən onların alınması valideynin seçim hüququna buraxılıb”.

Ekspert qeyd edib ki, Təhsil Nazirliyi də dəfələrlə iş dəftərlərinin alınması məcburi olmadığını və bu məsələ məktəbin daxili qərarı ilə tənzimlənə bilməz deyə bəyan edib: 

"Təhsil Nazirliyi bəyan edib ki, iş dəftərlərinin alınması məcburi deyil. Nazirliyin 2023-cü ildə verdiyi açıqlamada bildirilmişdir ki, məktəblər və müəllimlər yalnız dövlət tərəfindən təsdiqlənmiş dərsliklərdən istifadə etməlidirlər, iş dəftərləri isə əlavə köməkçi vəsait kimi könüllü şəkildə təklif olunur. Bu, həm "Təhsil haqqında Qanun”un 13.1-ci maddəsindəki "təhsilalanların bərabər imkanlara malik olması” prinsipinə, həm də "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun qərardır. Lakin praktikada bəzi məktəblərdə bu prinsiplər pozulur və müəllimlər dərsdə bütün tapşırıqları iş dəftərində aparmaqla, şagirdləri faktiki məcbur vəziyyətə salırlar”.

Təhsil eksperti vurğulayıb ki, iş dəftərləri ailə büdcəsinə tədris ilində 40–60 manat əlavə xərc deməkdir: 

"Statistik müşahidələr göstərir ki, ölkə üzrə bir sinifdə orta hesabla 25–30 şagird təhsil alırsa, hər iş dəftərinin 5–8 manat arası qiymətə satılması bir ailəyə tədris ilində 40–60 manat əlavə xərc yaradır. Bu rəqəm, xüsusilə, bir neçə övladı məktəbdə oxuyan aşağı gəlirli ailələr üçün ciddi sosial yükdür. Təhsil Nazirliyinin rəsmi məlumatına görə, 2024-cü ildə ölkə üzrə 1,6 milyon şagird təhsil alıb. Əgər onların yarısı iş dəftəri alsa, ümumi dövriyyə təxminən 40–50 milyon manata yaxın maliyyə axını deməkdir. Bu, artıq təhsil resurslarının kommersiyalaşması riskini artırır və təhsilin bərabər imkan prinsipinə zidd bir mənzərə yaradır”.

K.Əsədov əlavə edib ki, dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələrdə — məsələn, Finlandiya, Estoniya və Almaniyada iş dəftəri anlayışı mövcud olsa da, bu materiallar dövlət tərəfindən pulsuz təqdim edilir və onların istifadəsi müəllim qərarına bağlı olur:

"Finlandiyada tədris materiallarının 82 faizi elektron resurslar formasında şagirdlərə açıq şəkildə təqdim olunur. Azərbaycanda isə hələlik bu resursların rəqəmsallaşdırılması tam başa çatmadığından, çap materiallarına olan tələbat davam edir. Buna baxmayaraq, Elm və Təhsil Nazirliyinin "Rəqəmsal məktəb” təşəbbüsü bu asılılığı azaltmaq üçün çox önəmli addımdır. Bu layihə iş dəftərlərinin elektron alternativlərinin yaradılmasını və müəllimlərin onları dərs prosesinə inteqrasiya etməsini hədəfləyir. Bəzi məktəblərdə iş dəftərləri kommersiya məqsədilə istifadə olunur, müəllim və valideynlər "məcburi alım” vəziyyətinə düşür. Nazirlik isə bu hallara qarşı monitorinq və xəbərdarlıq aparır.

Eyni zamanda, iş dəftərləri tədrisin praktikliyini artırır, müəllim və şagird üçün planlaşdırmanı və tapşırıqları asanlaşdırır. Onların faydası yalnız könüllü və məqsədyönlü istifadədə ortaya çıxır”.

"Nəticə etibarilə, Elm və Təhsil Nazirliyinin "məcburiyyət yoxdur” mövqeyi demokratik və sosial ədalət prinsiplərinə uyğundur, çünki bu qərar valideynlərin iqtisadi vəziyyətini, regionlar arasındakı fərqləri və təhsil bərabərliyini nəzərə alır. Ancaq bu siyasətin daha effektiv olması üçün məktəblərdə nəzarət mexanizmləri gücləndirilməli, müəllimlərə tədris vasitələrinin alternativ istifadəsi üzrə metodiki təlimlər keçirilməlidir. Eyni zamanda, iş dəftərlərinin elektron versiyalarının dövlət resursları vasitəsilə açıq istifadəyə verilməsi vacibdir. Beləliklə, həm tədris keyfiyyəti qorunar, həm də valideynlər üçün əlavə maliyyə yükü aradan qalxar”-, deyə ekspert bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslərin iş rejimi dəyişir
12:58 13.10.2026
Bu şəxslərin iş rejimi dəyişir
“Dini inancı hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
12:56 13.10.2026
“Dini inancı hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
12:54 13.10.2026
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
12:52 13.10.2026
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
12:37 13.10.2026
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
Metro gücləndirilmiş rejimdə çalışacaq
12:36 13.10.2026
Metro gücləndirilmiş rejimdə çalışacaq
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
12:35 13.10.2026
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu
12:30 13.10.2026
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
12:23 13.10.2026
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
12:20 13.10.2026
Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
Dövlət başçısı: Laos Azərbaycan üçün dost ölkədir
12:11 13.10.2026
Dövlət başçısı: Laos Azərbaycan üçün dost ölkədir
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - VİDEO
12:00 13.10.2026
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - VİDEO
Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı - Əri saxlanıldı
11:48 13.10.2026
Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı - Əri saxlanıldı
 İlham Əliyev: Bizi Laosla mina problemi də birləşdirir
11:39 13.10.2026
İlham Əliyev: Bizi Laosla mina problemi də birləşdirir
"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"
11:38 13.10.2026
"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib
11:37 13.10.2026
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib