Memati bu görüntülərdən sonra ‘TNT’ kanalını pis vəziyyətdə qoydu – VİDEO

Memati bu görüntülərdən sonra ‘TNT’ kanalını pis vəziyyətdə qoydu – VİDEO
Bütün Xəbərlər
11:53 25.02.2012
3233

Türkiyə Radio Televiziya Ali Şurası zərərli səhnələrə görə “Kurtlar Vadisi”nin nümayiş olunduğu kanalı cərimələdi

Reytinq rekordçusu “Kurtlar Vadisi Pusu” serialının nüqmayiş olunduğu “TNT” kanalı 23 000 lirə (10 285 manat) cərimə olundu. Məlumata görə, Türkiyə Radio Televiziya Ali Şurasının (RTÜK) iclasında serial müzakirə olunub və son 5 seriyada 21 zorakılıq səhnəsinin olduğu müəyyənləşib. RTÜK rəsmiləri başda Poladın çəkiclə adam öldürməsi və Mematinin qulaq kəsməsi olmaqla sair bu kimi səhnələrin uşaq və yeniyetmələrin fiziki, zehni və əxlaqi inkişafı üçün zərərli olduğunu qərarlaşdırıb.Qeyd edək ki, Polad Alemdarın Aron Felleri çəkiclə öldürməsi və başını gipsə soxması, bu vaxt təbəssüm vetməsi; Mematinin Zaza obrazının qulağını bıçaqla kəsməsi, Kənan Katırcıoğlunu hamam vannasında kəmərlə döyməsi; Xüsusi xidmətin əməkdaşı Kaşifoğlunun ayaqyolunda bir nəfərin başını tualet daşına vuraraq öldürməsi; terrorçu Lalə Zaranın oğlu Fıratın işkəncə ilə öldürülməsi; “Kara” kod adlı kəşfiyyatçının 2 nəfəri peysərindən güllələyərək öldürməsi, bir tərəfi mismarlı, bir tərəfi ülgüclü dəyənəklə işkəncə etməsi zərərli səhnələr kimi qiymətləndirilib.(anspress)

OXŞAR XƏBƏRLƏR