"Mənim və ailəmin hansı rayonda biznesi olduğunu deyən adama o biznesi hədiyyə edirəm" - Qənirə Paşayeva

SOSİAL
21:20 06.03.2020
4980
"Mediaya müsahibəmdə Tovuzla bağlı sualları cavablandırarkən rayonda özümün və ailəmin heç bir biznesinin olmadığını və mənim deputatlıq fəaliyyəti dövründə torpaq sahələri almadığımızı demişəm. Təəssüflə qeyd edim ki, bəzi KİV-lər və bəzi sosial şəbəkə istifadəçiləri geniş müsahibənin məhz həmin hissəsini paylaşıblar və orada bir sıra şərhlərdə ədalətsiz fikirlər səsləndirilib. Şərhlərdə mənim və ailə üzvlərimin ölkənin digər rayonlarında hansısa biznesimin olması haqda iddialar irəli sürülüb. Lakin tam məsuliyyətimlə deyirəm ki, Azərbaycanın heç bir rayonunda mənim və ailə üzvlərimin biznesi yoxdur”.

AZXEBER.COM xəbər verir ki, bunu 105 saylı Tovuz seçki dairəsindən millət vəkili Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, müsahibəsinin yayılan hissəsinə bəzi səhifələrdə doğru məlumatları özündə əks etdirməyən yorumlar gəlib:
 
"Guya mənim başqa rayonlarda biznesim var, Şəmkirdə hansısa restoranın şərikiyəm, Salyanda, Şamaxıda, Cəlilabadda və bir sıra  rayonlarda biznesim var. Qoy bu iddianı irəli sürənlər, belə bir söz eşidənlər ki, filan yerdə biznesim var, gedib desinlər ki, Qənirə xanım bu obyekti, bu biznesi mənə bağışlayıb. O zaman görəcəklər ki, həmin biznesin real sahibləri ortaya çıxacaq. Çox güman ki, kimlərsə, hardasa mənim adımdan istifadə edirlər.
 
Bizim ailəmiz 5 nəfərdir: anam, 2 qardaşım, bacım və mən. Hansımızın adına Azərbaycanda hardasa biznes olduğunu deyən adama o biznesi hədiyyə edirəm. Mən bunu tam məsuliyyətimlə deyirəm. Ölkədə heç bir biznesin arxasında Qənirə Paşayeva durmur.
 
Mən həyatımın heç bir dövründə biznes sahəsilə məşğul olmamışam, fərqli sahələrdə çalışmışam və çalışdığım sahələrdə uğurlar qazanmağa və gücümün çatdığı qədər insanlarımız üçün faydalı işlər görməyə can atmışam. İndi də bəlkə kimlərinsə yaydığı yanlış məlumatları oxuyan vətəndaşlarımıza səslənirəm: kim desə ki, filan rayonda Qənirə Paşayevanın biznesi var, gedib o bisnesin Qənirə xanım tərəfindən ona bağışlandığını desinlər. O zaman əslində bütün gerçəklər ortaya çıxacaq. Belə məlumatları kim yayırsa, yalan yayır. Bəzi şərhlərdə elə yerlərin, elə rayonların adı çəkilir ki, özüm də heyrət edirəm. Bu haqsızlıqdır və bu cür məlumatı yayanlara insanlarımızı etibar etməməyə çağırıram”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:24 14.07.2020

XİN: Ermənistan bütün qanunsuz əməllərin cavabını verəcək

23:38 13.07.2020

Qənirə Paşayeva cəbhədəki gərginlikdən yazdı: "Diplomatik uğurlarımız Ermənistanı ciddi narahat edir"

23:12 13.07.2020

TƏBİB koronavirusla bağlı son məlumatı açıqladı

22:41 13.07.2020

Ukrayna XİN: “Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır” - BƏYANAT

22:35 13.07.2020

Çavuşoğlu: “Can Azərbaycana canımız fəda” - VİDEO

22:13 13.07.2020

Gənclərin koronavirusa daha həssas olduğu üzə çıxdı

21:24 13.07.2020

Ermənilərin 20 nəfərdən çox şəxsi heyəti darmadağın edildi - VİDEO

20:37 13.07.2020

Ermənilərin atdığı top mərmisi bu evə düşüb

19:53 13.07.2020

Yuxarı Ağcakəndə güclü leysan yağıb, təsərrüfata və əhaliyə ziyan dəyib - VİDEO

19:47 13.07.2020

ATƏT Minsk qrupu həmsədrləri: Qarabağda gərginləşməyə yol vermək olmaz

19:31 13.07.2020

XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır” - VİDEO

19:17 13.07.2020

Gürcüstan prezidenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı

18:35 13.07.2020

Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ

18:27 13.07.2020

"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"

18:25 13.07.2020

"Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur"- Rəsmi

17:59 13.07.2020

Rəhim Qazıyev saxlanıldı və barəsində cinayət işi başlanıldı