Sentyabrın 2-də Səbail rayonu ərazisində yerləşən Mərkəzi Univermaqda Bakı şəhər sakini Cəmilə Kərimovaya məxsus 2 ədəd briliyant qaşlı üzük oğurlanıb.
AZXEBER.COM DİN-in saytına istinadən xəbər verir ki, Baş Mühafizə İdarəsi və Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Bakı şəhər sakini Zəhra Əliyeva tutulub.