Argentina Kubokunun 1/8 final mərhələsində keçirilən "Velez Sarsfield” – "Boka Xuniors” matçında Lionel Messiyə xüsusi ehtiram göstərilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Argentina Futbol Federasiyası ölkə üzrə keçiriləcək qarşılaşmaların 10-cu dəqiqəsində Messinin milli komanda karyerasını şərəfləndirmək məqsədilə bir dəqiqəlik alqış aksiyası keçirilməsi barədə qərar qəbul edib.
Bu qərar Argentina Kubokunun son 16 turunda da tətbiq olunub. "Velez Sarsfield” və "Boka Xuniors” arasındakı görüşün 10-cu dəqiqəsində futbolçular və azarkeşlər Messini alqışlarla yad ediblər.
Futbol tarixinin ən böyük ulduzlarından biri hesab olunan Lionel Messi Argentina millisindəki karyerasını başa vurduğunu açıqlayıb. Hazırda 39 yaşlı futbolçu ABŞ-ın "İnter Mayami” klubunda çıxış edir.
Messi Argentina millisi ilə 2022-ci ildə dünya çempionu olub və ölkəsinin futbol tarixinin ən böyük simvollarından birinə çevrilib.
Gülay










































