“Məsud Pezişkian anladı ki, Azərbaycana münasibət kökündən yanlış olub”

“Məsud Pezişkian anladı ki, Azərbaycana münasibət kökündən yanlış olub”
SİYASƏT
14:32 09.12.2025
162
"İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri 45 illik İranda mövcud olan rejimin siyasətində köklü dəyişikliklərin təzahürü kimi dəyərləndirilə bilər. Bu proses İranda Prezident Məsud Pezeşkianın hakimiyyətə gəlməsindən sonra başlayıb”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Natiq Miri deyib.

O bildirib ki, Pezeşkiana qədər yürüdülən siyasət İran ətrafında "düşmənlər qövsü” yaratmışdı:

"Pezeşkiana qədər yürüdülən siyasət İran ətrafında "düşmənlər qövsü” yaratmışdı. Bu düşmənlərin əhatə dairəsinin böyük əksəriyyəti əhalisi müsəlman olan ölkələr idi. Bu faktor İranın xarici siyasətində çox ciddi bir yanlışın olduğunu açıq şəkildə göstərirdi. Azərbaycan da həmin ölkələrdən biri idi. Nəticə etibarilə, ölkələr arasında münasibətlər gərgin müstəviyə qədər yüksəlirdi”.

Ekspert deyib ki, İran Azərbaycan münasibətlərinin ciddi şəkildə dəyişdiyi Əraqçinin son səfərində açıq şəkildə göründü:

"Bu səfər təkcə, Əraqçının yanaşması deyil, türk oğlu Prezident Məsud bəyin mövqeyidir. Məsud Pəzişkian anladı ki, Azərbaycana münasibət kökündən yanlış olub və bu siyasətin dəyişməsinə ciddi ehtiyac var. O, eyni yanaşmanı digər dövlətlərə, xüsusilə də qonşu müsəlman ölkələrinə tətbiq etməyi düşündü və bu yöndə konkret dəyişiklikləri artıq müşahidə edirik. Azərbaycanla münasibətlərin müsbət istiqamətdə dəyişməsi hər iki ölkə liderlərinin bir-birinə hörmət və etimad üzərində qurduğu müsbət impulslardan doğur. Abbas Əraqçı da səfərində bilavasitə Prezident Məsud bəyin fikirlərindən irəli gələn mahiyyəti ortaya qoyurdu”.

Politoloq qeyd edib ki, İranın iqtisadi sanksiyalar fonunda ağır durumda olduğunu hər kəs bilir:

"İranın iqtisadi sanksiyalar fonunda ağır durumda olduğunu hər kəs bilir. Deməli, İranın xarici siyasətində təməli dəyişikliklərə ehtiyac var və artıq Xarici İşlər Nazirliyi də bu istiqamətdə ciddi fəaliyyətə başlayıb. İran hökuməti Azərbaycanla bütün sahələr üzrə münasibətləri ən yüksək səviyyəyə qaldırmaq istəyir. Xüsusilə də İranın ticarəti genişləndirmək və bütün iqtisadi sahələrdə əməkdaşlığı zirvəyə qaldırmaq niyyəti var. Çünki bütün qonşu ölkələrlə dostluq münasibətləri İran iqtisadiyyatına və  təhlükəsizliyinə müsbət təsir göstərir. Paralel olaraq, bu,  energetika və yeni nəqliyyat kommunikasiyaları kontekstində əlaqələrin inkişafına şərait yaradır”.

N.Miri vurğulayıb ki, əməkdaşlıq əhatəsi çox genişlənir: 

"Mərkəzi Asiya ölkələrindən İrana, İran üzərindən Azərbaycana və oradan da birbaşa Qara dənizə çıxışı təmin etmək mümkün olur. Bununla da İranın Avropaya çıxış açılır. Şimal–Cənub nəqliyyat dəhlizi kontekstində Azərbaycan bu məsələdə birləşdirici körpü rolunu oynayır. Eyni zamanda Rusiyadan və digər MDB ölkələrindən dəmir yolu vasitəsilə Azərbaycana, perspektivdə isə Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan da Cülfadan keçməklə İrana çıxış təmin edilə bilər. Həmçinin, Ermənistan–İran arasında Cülfa vasitəsilə dəmir yolu xəttinin də dövriyyəyə girməsi planlaşdırılır. Bundan əlavə, perspektivdə İranın bəzi əyalətlərinin ehtiyac duyduğu qazın Rusiyadan Azərbaycan ərazisi vasitəsilə İrana ötürülməsi üzrə xəttin tikintisi nəzərdə tutulur.
Əraqçının səfərinin əsas məqsədi də məhz bundan ibarətdir. Bu kontekstdə Azərbaycanın geostrateji və coğrafi mövqeyinin ona verdiyi üstünlükləri də unutmaq olmaz”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi