Mətbuat Şurasında təcrübə keçən tələbələr “Ədibin Evi”ni ziyarət ediblər - FOTOLAR

Mətbuat Şurasında təcrübə keçən tələbələr “Ədibin Evi”ni ziyarət ediblər - FOTOLAR
MEDIA
13:12 11.03.2026
827
Azərbaycan Mətbuat Şurasında təcrübə keçən müxtəlif ali təhsil ocaqlarının filologiya ixtisası üzrə tələbələri görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın İçərişəhərdəki ünvanı - "Ədibin Evi”ndə olublar.

Bu barədə AZXEBER.COM-a "Ədibin Evi”ndən məlumat verilib.

Təcrübəçi qrupunun Mətbuat Şurasındakı rəhbəri Fəridə Ağazadə ilə birgə gənclər yazıçının 1930-40-cı illərdə yaşadığı ev-muzeylə, orada bu gün yaradılan ədəbi mühitlə yaxından tanış olub, Mir Cəlalın həyat və yaradıcılığına dair eksponatlar, o cümlədən şəxsi əşyaları, arxiv materialları və məşhur əsərlərinin əlyazma səhifələrini maraqla izləyiblər.

"Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva tələbələrə Mir Cəlalın milli ədəbiyyatımızdakı özünəməxsus irsi, elmi və pedaqoji fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, həyatının böyük hissəsini Bakı Dövlət Universitetində filoloqların yetişdirilməsinə həsr edən Mir Cəlal bütöv nəsil istedadlı ədiblər ortaya çıxarıb.

Şəfəq Mehrəliyeva həmçinin "Ədibin Evi”nin məqsədlərindən biri olan gənclərin rəqəmsal dövrdə "oxu” mədəniyyətinin təşviqinə də toxunub. O bildirib ki, müasir texnologiyaların geniş yayılması informasiya əldə etmə imkanlarını artırsa da, kitab oxuma vərdişlərinin qorunması və inkişaf etdirilməsi gənclərimizin yaradıcı və tənqidi təfəkkürünün formalaşması üçün əvəzedilmədir.

Ekskursiyanın sonunda tələbələrə "Ədibin Evi”nin təşəbbüsü ilə nəşr edilən Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə Mir Cəlalın uşaqlar üçün Azərbaycan dilində nəsrə çevirdiyi "Xəmsə” poemasından hekayələr hədiyyə olunub.
 

 

 

 



 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyadan Telegram və Google-yə zərbə: Milyonlarla rubl cərimə
15:20 12.08.2026
Rusiyadan Telegram və Google-yə zərbə: Milyonlarla rubl cərimə
Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
15:05 12.08.2026
Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
15:02 12.08.2026
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…
14:58 12.08.2026
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…
Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək
14:57 12.08.2026
Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək
Zelenski: Ukrayna ordusu Novorossiyskdə Rusiya hərbi-dəniz bazasına zərbə endirib
14:46 12.08.2026
Zelenski: Ukrayna ordusu Novorossiyskdə Rusiya hərbi-dəniz bazasına zərbə endirib
Qarabağ Universitetində yeni mərhələ: Təhsil imkanları genişlənir
14:35 12.08.2026
Qarabağ Universitetində yeni mərhələ: Təhsil imkanları genişlənir
İngiltərədə rekord istilər iqtisadiyyata milyardlarla zərər vurur
14:33 12.08.2026
İngiltərədə rekord istilər iqtisadiyyata milyardlarla zərər vurur
Ev təmiri və digər ehtiyacların üçün Yelo-dan sərfəli kredit fürsəti!
14:28 12.08.2026
Ev təmiri və digər ehtiyacların üçün Yelo-dan sərfəli kredit fürsəti!
"Sabah"a tarixi uğur qazandıran baş məşqçi - Valdas Dambrauskas kimdir?
14:23 12.08.2026
"Sabah"a tarixi uğur qazandıran baş məşqçi - Valdas Dambrauskas kimdir?
Qurban Qurbanov: Hər şey yoluna düşəcək
14:21 12.08.2026
Qurban Qurbanov: Hər şey yoluna düşəcək
Özünü öldürmə həddinə çatdırma maddəsi ilə iş açıldı - Meşədə meyitləri tapılanlarla bağlı
14:20 12.08.2026
Özünü öldürmə həddinə çatdırma maddəsi ilə iş açıldı - Meşədə meyitləri tapılanlarla bağlı
Dünən dənizdə batan “Krosna”nın solisti imiş
14:16 12.08.2026
Dünən dənizdə batan “Krosna”nın solisti imiş
Dörd rayonda yanğın törədənlər saxlanıldı
13:51 12.08.2026
Dörd rayonda yanğın törədənlər saxlanıldı
Çempionlar Liqası:"Hapoel" - "Sabah" oyununun başlama vaxtı və yeri açıqladı
13:44 12.08.2026
Çempionlar Liqası:"Hapoel" - "Sabah" oyununun başlama vaxtı və yeri açıqladı
Ukrayna NATO-dan kömək istədi: Təhlükə getdikcə artır
13:33 12.08.2026
Ukrayna NATO-dan kömək istədi: Təhlükə getdikcə artır