Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir

Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
SOSİAL
14:49 05.11.2026
56

5 noyabr 2026-cı il tarixində Qarabağ Dirçəliş Fondu və "Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə Bakı metrosunun "Nərimanov” stansiyasında Zəfər Gününün altıncı ildönümünə həsr olunan "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisinin açılışı olub.

AZXEBER.COM xəbər verir ki, fondun sifarişi ilə tanınmış britaniyalı yazıçı Qrem Vilson tərəfindən qələmə alınmış "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabında yer alan materiallar əsasında təşkil olunan fotosərgidə Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, tarixi-mədəni irsin bərpası, eyni zamanda Qarabağın füsunkar təbiəti və nadir flora-faunasını əks etdirən fotolar nümayiş edilir.

"Nərimanov” stansiyasının hər iki keçidində təşkil olunan fotosərgi paytaxt sakinləri və şəhərimizin qonaqlarına Qarabağın bugünkü mənzərəsi ilə tanış olmaq, regionda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərini və əldə olunan nailiyyətləri əyani şəkildə görmək imkanı yaradır.

Qarabağ Dirçəliş Fondu tərəfindən həyata keçirilən bu təşəbbüs işğaldan azad edilmiş ərazilərin dirçəlişinin təbliğinə, Azərbaycanın bərpa və quruculuq təcrübəsinin geniş auditoriyaya çatdırılmasına, həmçinin Qarabağın mədəni irsinə və təbiətinə ictimai marağın artırılmasına xidmət edir.

Sərgi çərçivəsində təqdim olunan fotoların üzərində yerləşdirilmiş QR kodları skan etməklə ziyarətçilər Fondun rəsmi internet səhifəsi vasitəsilə Qarabağda həyata keçirilən bərpa və quruculuq işləri haqqında daha ətraflı məlumat əldə edə, eyni zamanda bu prosesə dəstək olmaq üçün ianə edə bilərlər. Beləliklə, fotosərgi ziyarətçilərə Qarabağın dirçəliş hekayəsi ilə tanış olmaqla yanaşı, regionun gələcək inkişafına öz töhfələrini vermək imkanı da təqdim edir.

Xatırladaq ki, bu, Qarabağ Dirçəliş Fondunun Bakı Metropoliteni ilə birgə həyata keçirdiyi ikinci sərgi layihəsidir. Fondun daha əvvəl təşkil etdiyi "Qarabağda Urbisid” adlı fotosərgi də uzun müddət "Nərimanov” metro stansiyasında nümayiş olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılmış "Karabakh.Center” internet resursunun materialları əsasında hazırlanan fotosərgidə erməni vandalizmi nəticəsində Qarabağda dağıdılmış şəhər və kəndlərimizin, eləcə də tarixi, mədəni və dini abidələrimizin 90-a yaxın fotosu təqdim edilib.

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
12:59 05.11.2026
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
12:41 05.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı
12:38 05.11.2026
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı