Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Yığmamız, əvvəlcədən xəbər verildiyi kimi, «Köln» klubunun U-23 komandası ilə deyil, klubun əsas heyəti ilə qarşılaşıb.AZXEBER.com AFFA-ya istinadən xəbər verir ki, oyun 4:0 hesabı ilə Almaniya təmsilçisinin xeyrinə başa çatıb.