xari

Millimizin qapıçısı koronavirusa yoluxdu

İDMAN
17:24 30.11.2020
385

Azərbaycan milli komandasının və "Sumqayıt”ın oyunçusu Mehdi Cənnətovun Premyer Liqanın XI turunda "Qəbələ” ilə oyunun iştirak ərizəsinə salınmamasının səbəbi bilinib.

"Report”un əldə etdiyi məlumata görə, 28 yaşlı qapıçıda koronavirus aşkarlanıb. Test nəticəsi müsbət çıxan təcrübəli qolkiper karantinə alınıb.

 

M.Cənnətov yığmanın son toplanışında zədə səbəbindən iştirak etməyib.

Qeyd edək ki, daha əvvəl "Sumqayıt”ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə virusa yoluxub.

OXŞAR XƏBƏRLƏR