Misirdə turistlər gecəyarısına qədər gəzə bilməyəcək

Misirdə turistlər gecəyarısına qədər gəzə bilməyəcək
DÜNYA
18:38 09.04.2026
413
Misirin paytaxtı Qahirənin mərkəzində yerləşən kafe, mağaza və restoranlar artıq əvvəlkindən daha tez bağlanacaq. Bu qərar ABŞ və İsrail ilə İran arasındakı münaqişə fonunda artan enerji xərclərini azaltmaq məqsədilə hökumətin yeni sərəncamı ilə qəbul edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, yeni qaydalara əsasən, kommersiya obyektləri həftə içi saat 21:00-da, həftə sonu isə 22:00-da bağlanacaq. Kopt Pasxası dövründə isə bu vaxt maksimum 23:00-a qədər uzadıla bilər. Bundan əvvəl həm yerli sakinlər, həm də turistlər kafe və küçələrdə gecəyarısına qədər vaxt keçirə bilirdilər.

Baş nazir Mostafa Mədubuli bu qərarı Misirin idxal olunan yanacaqdan yüksək asılılığı ilə izah edib. Fevralın sonundan başlayan münaqişədən sonra ölkənin aylıq enerji idxalı xərcləri iki dəfə artaraq 2,5 milyard dollara çatıb. İllik 20 milyard dollarlıq neft büdcəsinin təxminən 60 faizi elektrik şəbəkəsinin işlək vəziyyətdə saxlanmasına sərf olunur. Kiçik biznes artıq bu vəziyyətdən zərər görür: mağaza və kinoteatr sahibləri gəlirlərin 60 faizə qədər azaldığını bildirir, bəzi kafelər isə növbəli iş rejiminə keçməyə məcbur qalır.

 
Lent.az

OXŞAR XƏBƏRLƏR