Möminə xatun türbəsində aparılan işlərlə tanışlıq - FOTOLAR

Möminə xatun türbəsində aparılan işlərlə tanışlıq - FOTOLAR
SİYASƏT
21:58 11.08.2026
399
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış olublar.

AZXEBER.COM xəbər verir ki, "Atelier Erich Pummer gmbh” şirkətinin direktoru Erix Pummer dövlətimizin başçısına və birinci xamına türbədə görülən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncamla təsdiqlənmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikadakı tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi və bərpa-konservasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Möminə xatun türbəsində görülən işlər də bu proqrama uyğun icra olunur.

Yerli və xarici ekspertlər tərəfindən 2023-2025-ci illərdə aparılmış baxış və tədqiqatlar nəticəsində türbədə bərpa və konservasiya işlərinin görülməsi zəruri hesab edilib.

Dövlətimizin başçısı dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Möminə xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında 2025-ci ildə Sərəncam imzalayıb.

Azərbaycan memarlığının görkəmli abidələrindən biri olan bu türbə 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilib. Tarixi mənbələrə əsasən, türbə Atabəylər Memarlıq Kompleksinin tərkib hissəsi olub. Dövrümüzədək kompleksdən yalnız bu abidə qorunub saxlanılıb. Abidənin ümumi hündürlüyü 34 metr olub. Lakin sonralar xarici örtüyünün 8 metrlik hissəsi dağıldığından hazırda onun hündürlüyü təxminən 26 metrdir. Türbə yeraltı və yerüstü hissələrdən ibarətdir.

Abidənin memarlıq xüsusiyyətləri və əhəmiyyəti nəzərə alınaraq Avstriyanın bu sahədə çoxillik təcrübəsi olan şirkəti ilə müqavilə bağlanıb, abidənin mövcud vəziyyəti qiymətləndirilərək hərtərəfli tədqiq və ölçmə işləri aparılıb. Hazırda abidənin bərpası, damın yenidən qurulması, məqbərədə mövcud əyilmənin ölçülməsi və nəzarətdə saxlanılması, həmçinin drenaj sisteminin qurulması ilə bağlı işlər görülür.

Möminə xatun türbəsi 2001-ci ildə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. 1998-ci ildə isə UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib.

Qeyd edək ki, bu layihənin icrası tarixi irsimizin qorunması və təbliği baxımından çox mühüm əhəmiyyət daşıyır. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığının isə incilərindən biri olan Möminə xatun türbəsi böyük tarix və mədəniyyət yadigarımızdır. Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin yaratdığı bu nadir və monumental sənət nümunəsi kompozisiya həlli ilə seçilir. Türbə, həmçinin Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani göstəricisidir.

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
20:00 06.10.2026
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
19:53 06.10.2026
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
İranda dollar yenidən kəskin bahalaşdı
19:49 06.10.2026
İranda dollar yenidən kəskin bahalaşdı
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
19:42 06.10.2026
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
19:36 06.10.2026
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
CENTCOM ABŞ hərbi helikopterinin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib
19:32 06.10.2026
CENTCOM ABŞ hərbi helikopterinin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
19:29 06.10.2026
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
19:10 06.10.2026
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
19:04 06.10.2026
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
19:03 06.10.2026
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib
18:56 06.10.2026
Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
18:42 06.10.2026
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal qazanıb
18:39 06.10.2026
Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal qazanıb
ÜST Rusiyada laboratoriya əməkdaşının ölümünü izləyir
18:32 06.10.2026
ÜST Rusiyada laboratoriya əməkdaşının ölümünü izləyir
Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib
18:30 06.10.2026
Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib
Gürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
18:22 06.10.2026
Gürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib