Montellanın taleyi bəlli olur: Türkiyə millisindən ayrılsa, nə qədər təzminat alacaq?

Montellanın taleyi bəlli olur: Türkiyə millisindən ayrılsa, nə qədər təzminat alacaq?
İDMAN
14:29 04.10.2026
227
Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyəti müqaviləsi 2028-ci ilədək qüvvədə olan Vinçenzo Montella ilə bağlı yekun qərarını oktyabrın 6-da verəcək.

AZXEBER.COM bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.

Türkiyə millisi UEFA Millətlər Liqasında keçirdiyi hər üç oyunda məğlub olduqdan sonra italiyalı mütəxəssisin baş məşqçi postunda qalmaq ehtimalı aşağı qiymətləndirilir.

Bildirilir ki, Montellanın müqaviləsində nəzərdə tutulan təzminat məbləği üç aylıq əməkhaqqına bərabərdir.

Son dəyişikliklərdən sonra illik məvacibi 2.2 milyon avroya yüksələn Montellanın aylıq maaşı təxminən 183 min avro təşkil edir. Onunla yollar ayrılacağı təqdirdə, təcrübəli baş məşqçiyə təxminən 550 min avro təzminat ödəniləcək.
OXŞAR XƏBƏRLƏR