MŞ İdarə Heyətinin üzvləri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının konfransında iştirak edirlər

MŞ İdarə Heyətinin üzvləri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının konfransında iştirak edirlər
MEDIA
22:30 15.12.2023
242
Belçikanın Antverpen şəhərində Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AİPCE) illik toplantısı keçirilir. Azərbaycan Mətbuat Şurasının (MŞ) Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli və qurumun İdarə Heyətinin üzvü Yadigar Məmmədəli konfransda iştirak edirlər.

Konfransda AİPCE-nin təşkilati məsələləri müzakirə edilib və yeni üzvlərin qəbulu sahəsində strategiya qəbul edilib. Çoxsaylı müraciətlər nəzərə alınaraq, AİPCE-də Avropa Şurasının üzv dövlətləri ilə yanaşı, dünyanın digər ölkələrindən olan media şuralarının da təmsilçiliyinə şərait yaradılması barədə qərar verilib. Yenilənmiş Nizamnaməyə əsasən, Avropa Şurasının üzv dövlətlərindən olan mətbuat şuraları AİPCE-nin sıralarında "Həqiqi üzv”, digər ölkələrdən olanlar isə "Müşahidəçi üzv”  statusu ilə təmsil oluna biləcəklər.    

Konfransın gedişində müasir media trendləri də müzakirə edilib. "Süni intellektin  jurnalistikaya təsirləri”,  "ChatGPT, Google Search və müəllif hüquqları”, "Peşəkar KİV-lərin mövcud problemləri və gələcək təhdidlərə qarşı dayanıqlığın yaradılması”, "Rəqəmsallaşma dövründə media şuralarının rolu”  kimi mövzular üzrə panel sessiyalar təşkil edilib.

Qeyd edək ki, Avropa Müstəqil Mətbuat Şuraları Alyansı (AİPCE) Avropa Şurasına üzv dövlətlərdə fəaliyyət göstərən mətbuat şuralarının koordinasiyasını həyata keçirən beynəlxalq təşkilatdır. Azərbaycan Mətbuat Şurası AİPCE-nin üzvüdür və onunla sıx əməkdaşlıq şəraitində çalışır.
 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
22:38 25.06.2026
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ