MTRŞ aparıcıları tənqid etdi — "Görünür, dərs çıxarmayıblar"

MTRŞ aparıcıları tənqid etdi — "Görünür, dərs çıxarmayıblar"
MEDIA
17:02 18.09.2017
929
 
"Yeni efirə çıxan müzakirə xarakterli, bəzi şou verilişlərdə müşahidə olunan bir çox hallar təəssüf doğurur”

"Bir çox hallarda aparıcıların verilişlərdə qalmaqalların katalizatoru və təşkilatçısı rolunu oynamaları diqqəti cəlb edir.
 
Müşahidələr göstərir ki, belə hallara daha çox əvvəlki dövrlərdə milli-mənəvi dəyərlərə riayət edilməməsi və ya digər qanun pozuntuları səbəbindən apardıqları verilişləri bağlanmış aparıcılar yol verir. Görünür, onlar baş verənlərdən dərs götürməyiblər”.
 
AZXEBER.COM xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. Onun sözlərinə görə, həmin aparıcılar yenə də əvvəlki amplualarında qalıblar: "Onlar davranışları ilə yanaşı, nitqlərindəki problemlərlə də diqqəti cəlb edirlər.
 
Qeyd edim ki, monitorinq qrupu tərəfindən bu cür hallar mütəmadi olaraq qeydə alınır, müvafiq hesabatlara salınır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu cür halların kütləvi şəkildə baş verməsinə imkan verilməyəcək”. Şöbə müdiri qeyd edib ki, yeni yayım mövsümündə efirin ümumi mənzərəsi barədə tam fikir söyləmək bir qədər tezdir: "Lakin ilkin müşahidələr göstərir ki, yayımçılar əvvəlki mövsümdə efirə getmiş və özünü doğrultmuş layihələri davam etdirməklə yanaşı, bir sıra yeniliklərə də imza atıblar. Əlbəttə, bu, normaldır. Efirdə dinamikanın, yeniliklərin olması təqdirəlayiqdir. Lakin yeni efirə çıxan müzakirə xarakterli, bəzi şou verilişlərdə müşahidə olunan bir çox hallar təəssüf doğurur. Belə ki, sırf reytinq xətrinə cəmiyyət üçün əhəmiyyəti olmayan mövzularda, məsələn, hansısa rəqqasə və prodüser arasında olan qalmaqal və bunun əsasında efirdə milli-mənəvi dəyərlərə zidd müzakirələrin açılması narahatlıq yaradır. Digər tərəfdən qalmaqallı şəxslərin tez-tez efirə dəvət edilməsi və hətta onlara aparıcılıq həvalə edilməsi və s. hallar başa düşülən deyil və bu, kanalın digər lazımlı verilişlərinə kölgə sala bilər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir