xari

Müdafiə Nazirliyi: "Əsgər təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub"

SOSİAL
12:45 28.02.2021
692
Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbi qulluqçumuz Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir! 

OXŞAR XƏBƏRLƏR