''Müsəlmanların məsumiyyəti''in prodüsseri 1 illik azadlıqdan məhrum edildi

DÜNYA
08:04 08.11.2012
1043
Kalifoniya məhkəməsi qalmaqallı “Müsəlmanların məsumiyyəti” filminin Nakula Bessli Nakula adı ilə tanınan produsserini bir il müddətinə azadlıqdan məhrum edib. O, vaxtından əvvəl şərti azadlığa buraxılması qaydalarını poxmaqda təqsirli bilinib.Nakula Bessli Nakula (əsl adı Mark Bessli Yusuf) 2011-ci ildə dələduzluğa görə 21 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin bu ilin iyununda vaxtından əvvəl azadlığa buraxılıb. Bunun əsas şərtlərindən biri internetdən, eləcə də, polisin razılığı olmadan hər hansı ləqəbdən istifadəyə qadağa qoyulması olub.Mark Bessli Yusuf bu il sentyabrın 27-də yenidən həbs edilib. Ona səkkiz hissəlik ittiham irəli sürülüb. Nakula Bessli Nakula isə yalnız dörd hiss üzrə ittihamları qəbul edib.

OXŞAR XƏBƏRLƏR