12:34 Bazar Ertəsi, 16 Dekabr 2019
SOSİAL

Naqif Həmzəyev: "Heç bir azərbaycanlının haqqı çatmır ki, Cümhuriyyətin qurucuları ilə bağlı mənfi fikir bildirsin” - VİDEO

16:51, 21.11.201914776
Naqif Həmzəyev:
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyevin AZXEBER.COM-un "Vətəndaş soruşur ki..." rubrikasının qonağı olub.
 
Deputat sosial şəbəkədə ona gələn bütün suallara cavab verib.
 
Naqif Həmzəyevə ən çox sual AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı olub. Oxucumuz sualı "Rəsulzadə ilə bağlı fikriniz dəyişibmi ?" olub. 
 
Deputat bu suala belə cavab verib: Mən Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirmişəm. Çox təəssüfər olsun ki, bizi istəməyən qüvvələr və media qurumları tərəfindən mənə qarşı informasiya terroru həyata keçirildi. Mən Məhəmməd Əmin Rəsulzadə ilə bağlı heç bir mənfi rəy bildirməmişəm və ümumiyyətlə heç bir Azərbaycanlının haqqı çatmır ki, Cümhuriyyətin yaradıcılarıyla bağlı mənfi fikir bildirsin. Əfsuslar olsun ki, sapı bizdən olan baltalar gənc kadrları sıradan çıxarmaq istəyirlər.
 
Deputat həmin əhvalat haqda da danışıb: Sadəcə olaraq jurnalistlərlə birlikdə yemək masasında hansısa müzakirələr gedib və mən ümuməyyətlə orda heç bir fikir səsləndirməmişəm. O fikirlər də yerdən səsləndirilib, mən heç bir təhqiramiz ifadə işlətməmişəm. Burdan da insanlara səslənirəm ki, bu sual artıq mənə ünvanlanmasın.
 
Deputat son zamanların ən çox müzakirə olunan uşaq pulu məsələsinə də toxunub. Ona ünvanlanan "Uşaq pulları nə zaman bərpa olunacaq?" sualına belə cavab verib?

"Uşaq pulu məsələsi bu günün ən çox müzakirə olunan məsələlərindən biridir. Bildiyiniz kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev də bu suala cavab verdi və hesab edirəm ki, o sualın cavabı hamını qane etməli idi. Ümumiyyətlə isə mən belə düşünürəm ki, dövlət tərəfindən sosial yönümlü layihələr həyata keçirilir. Xüsusi kateqoriyadan olan uşaqlara müavinətlər verilir. Bu kateqoriyaya çox uşaqlı ailələr və hər iki valideynini itirmiş uşaqlara aiddir. Ancaq mən düşünürəm ki, gələcəkdə bütün uşaqlara olmasa da 5 və ya 10 yaşına kimi bütün uşaqlara müavinətlərin verilməsi bərpa oluna bilər.

"Deputat olub nə etmisiniz?" sualına isə Naqif Həmzəyev belə cavab verib: "Millət vəkilinin öz vəzifə öhdəlikləri var. Seçicilərin bizə ünvanladığı problemləri, müraciətləri bacardığımız qədər lazımi qurumlara çatdırırıq. Onların problemlərinin həlli üçün əlimizdən gələni edirik. Həmçinin qanunvericilik formalaşmasında Milli Məclisdə təkliflərlə çıxış edirik. Bütün bunlarla yanaşı mən seçicilərimə söz vermişdim ki, seçilsəm Gəncə şəhərində yaşayacam və sözümün üstündə dururam. Daim seçicilərimin yanındayam, daim onlarla görüşürəm. Çalışıram ki, heç bir müraciət cavabsız qalmasın.
 
AZXEBER.COM-un "facebook" izləyicisi deputata belə bir sual ünvanlayıb: "1960-cı ildənəm işə qəbul etmirlər. Yaşım çoxdu deyə heç fərdi sektorda da işə götürmürlər. Hansı pul ilə ehtiyaclarımı ödəməliyəm? Nə məsləhət görürsünüz?"
 
Deputat cavabında deyib: "Belə müraciətlərlə mən tez-tez rastlaşıram. Yaşı çox olan vətəndaşları işə qəbul etmirlər. Çünki müasir dövrdə işə götürənlərin tələbləri də dəyişib. Onlar kompüter, dil bilikləri olan şəxslərə üstünlük verirlər. Ancaq mən xahiş edirəm bu xanımın əlaqə vasitəsini bizə verəsiniz. Biz onunla fərdi əlaqə yaradıb, işə düzəlməsinə köməklik edək".
 
Deputatın müsahibəsinin tam versiyasını təqdim edirik:

XƏBƏR LENTİ