“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu
İQTİSADİYYAT
16:58 04.07.2022
553
"Nar” KSM istiqamətində gördüyü işləri yeni mərhələyə qaldıraraq dünyanın sosial məsuliyyətli bizneslərini bir araya toplayan Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə qoşuldu. 

"Nar”ın icraçı direktoru Qunnar Pankenin bildirdiyinə görə, BMT-nin Qlobal Sazişində iştirak etməklə "Nar” sosial, iqtisadiyyat və insan rifahı üzrə korporativ məsuliyyətini daha da sistemləşdirməyi hədəfləyir.

"Uzun illərdir ki, davamlı inkişaf və məsuliyyət prinsipini rəhbər tutan bir şirkət olaraq BMT Qlobal Sazişinin bir hissəsi olmaqdan qürur duyuruq. Cəmiyyətə faydalı olmaq üçün etdiyimiz KSM layihələr ilə daha yaxşı gələcəyə öncüllük edəcəyimizə inanırıq. Bu sazişə qoşulmağımız da yolumuza sadiqliyin nümunəsidir”, - deyə o qeyd edib. 

"Azərbaycan cəmiyyəti getdikcə qlobal davamlılığa ümumi prioritet kimi yanaşır və bu yanaşma cəmiyyətin bütün kəsimlərini - fərdi, ailə, dövlət və  müxtəlif ölçülü biznesləri və sənaye müəssisələrini əhatə edir. "Azerfon” şirkətinin BMT-nin Qlobal Sazişi üzrə öhdəlikləri buna əyani sübutdur. Bunlar hələ qarşıda duran mühüm hədəflər olduğundan, mən əminəm ki, "Nar”, onun rəhbərliyi və bütün şirkət əməkdaşları Azərbaycanda korporativ davamlılığın nümunəvi şəkildə formalaşması və təşviqində aparıcı mövqe tutacaq”, - deyə BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov bildirib.

Qeyd edək ki, BMT Qlobal Sazişinin 10 prinsipini KSM strategiyasına, əmək siyasətinə və müxtəlif prosedurlarına tətbiq etməklə bu sazişə qoşulan şirkətlər cəmiyyət və planet qarşısında məsuliyyətlərini qoruyurlar. "Nar” üçün Qlobal Sazişin dayanıqlı inkişaf prinsiplərinin ən önəmli maddələrindən olan insan hüquqları, əmək və ətraf mühit sahəsində öhdəliyi xüsusi əhəmiyyət kəsb edir. BMT Qlobal Sazişində Azərbaycanı təmsil edən ilk telekommunikasiya şirkəti olaraq, "Nar” təhsilin inkişafına dəstək, işçilər üçün rahat əmək şəraitinin yaradılması, gender bərabərliyi istiqamətində layihələrə dəstək verilməsinə fokuslanır.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

BMT Qlobal Sazişi 2000-ci ildən fəaliyyətə başlayan, 160-dan çox ölkədə yerləşən 13000-dən çox şirkət, 3800 qeyri-biznes tərəfdaşı və 69 yerli şəbəkə ilə dünyanın ən böyük korporativ davamlılıq təşəbbüsüdür.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb