“Nar” illik göstəricilərini açıqladı - FOTOLAR

“Nar” illik göstəricilərini açıqladı - FOTOLAR
İQTİSADİYYAT
11:25 30.03.2022
457
Fəaliyyətə başlamasının 15-ci ilini qeyd edən "Nar” 2021-ci il ərzində rabitə bazarında əldə etdiyi göstəriciləri açıqladı. Abunəçilərinə xərc qarşılığında dəyər təqdim edən mobil operator 2021-ci ilin nəticələrinə əsasən 2,2 milyon aktiv abunəçi bazası ilə yerli rabitə bazarında 23%-lik pay sahibidir.

AZXEBER.COM xəbər verir ki, müştəri məmnuniyyətinin öyrənilməsi məqsədi ilə keçirilən müstəqil sorğunun nəticəsinə görə, "Nar” 3 ildir ki, Müştəri Loyallığı İndeksinə görə ölkənin lider mobil operatorudur. 2021-ci ildə "Nar” xidmət mərkəzlərini ziyarət edənlərin 93%-i göstərilən xidmətdən razı qalıb. Çağrı mərkəzi və rəqəmsal kanallar isə çətinlikləri saniyələr ərzində həll etməsi ilə fərqlənib. Bundan başqa, abunəçinin xərclərin şəffaflığını və müxtəlif xidmət əməliyyatlarını asanlaşdıran "Nar+” tətbiqinin istifadəçiləri 2021-ci ildə 80% artıb.

Müştərilərinin tələblərini və rəyləri əsasında bazara təqdim edilən "Full” və "Cavannar” tarifləri "Nar”ın ən çox istifadə edilən məhsulları sırasındadır. 2021-ci ildə "Full” abunəçilərinin sayı 20%, "Cavannar” abunəçilərinin sayı isə 50% artıb.
 
Müştərilərinin "Nar” mağazasında özlərini daha komfortlu hiss etmələri və göstərilən xidmət keyfiyyətini üstün saxlamaq məqsədilə "Nar” öz mağazalarını yeni konsepsiya ilə dizayn edir. Bu günədək 3 xidmət mərkəzi və 41 mağaza tam yenilənib və ziyarətçilərinə xidmət göstərir.

Ölkə əhalisinin 94%-ni əhatə edən "Nar” 4G şəbəkəsindən hazırda 1,4 milyon "Nar” abunəçisi istifadə edir və bu say ölkədə ən yüksək göstəricilərdən biridir. "Nar” işğaldan azad edilmiş ərazilərdə də sürətlə şəbəkə infrastrukturunu yaradılmasına davam edir. Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd (Hadrut), Şuşa, Tərtər, Zəngilan rayonlarında "Nar” xidmətlərindən istifadə etmək mümkündür. Hazırda Nar 8000-dən çox baza stansiyası ilə əhalinin 99%-nə yüksəkkeyfiyyətli xidmət göstərməkdədir. 

"Nar” özünün korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ölkənin mühüm sosial layihələrində aktiv iştirak etməyə davam etməkdədir. 2021-ci ildə korporativ sosial məsuliyyət strategiyası çərçivəsində 24 layihə həyata keçirən mobil operator layihələrinin davamlı olmağı ilə seçilir. "Nar” son 5 ildə sosial layihələrə 4,3 milyon AZN sərf edib. 
Mobil rabitə bazarındakı üstünlüyü saxlamaq üçün 2022-ci ildə "Nar” , müştəri yönümlü strategiyasını davam etdirməyi, yeni konsepsiyalı daha 27 mağazanı abunəçilərin xidmətinə təqdim etməyi, azad edilmiş ərazilərdəki şəbəkə infrastrukturunu daha da genişləndirməyi və həyata keçirilən sosial layihələrə investisiya yatırımlarını davam etdirməyi planlaşdırır.
 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb