Nazir: "Azərbaycan dünyada təkcə neft ölkəsi deyil, həm də mədəniyyət, tarix, tolerantlıq nümayiş etdirir"

Nazir: "Azərbaycan dünyada təkcə neft ölkəsi deyil, həm də mədəniyyət, tarix, tolerantlıq nümayiş etdirir"
SİYASƏT
14:17 18.12.2019
2737

Bu gün Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə "Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya" mövzusunda konfrans keçirilib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən konfransda Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda dövlət-din münasibətlərinin inkişaf dinamikası, dövlətin dinə qayğısı, xalqımızın multikulturalizm və tolerantlıq ənənələrinin təbliği və təşviqi sahəsində görülən işlər, Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə verdiyi töhfələr, eləcə də bu sahədə qarşıda duran məsələlər müzakirə edilib.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, Bakı Mədəniyyətlərarası Forumu ötən 10 ildə elə bir nüfuz qazanıb ki, artıq nə beynəlxalq təşkilatlar, nə də hər hansı bir dövlət bu nüfuzu şübhə altına sala bilməz.

Nazir bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sayəsində 13 qeyri-maddi və 3 mədəni irsimiz UNESCO-nun siyahısına daxildir. Azərbaycan dünyada təkcə neft ölkəsi deyil, həm də mədəniyyət, tarix, tolerantlıq nümayiş etdirir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə çıxışında bildirib ki, bu tədbir Prezident İlham Əliyev tərəfindən Mədəniyyətlərarası və Sivilzasiyalararası münasibətlərlə bağlı həyata keçirilən siyasətə həsr olunub: "Azərbaycan ayrı-ayrı sivilzasiyaların, mədəniyyətlərin qovşağında yerləşən bir ölkədir. Prezident İlham Əliyevin siyasətində mədəniyyətlər, sivilzasiyalararası münasibətlər məsələsi önəmli yerlərdən birini tutur. Bakı şəhərində bununla bağlı çoxsaylı tədbirlər keçirilib. Azərbaycan Bakı prosesinin həyata keçirilməsində rol oynayan ölkədir. Eyni zamanda, mədəniyyətlərarası dialoq məsələsində Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həm Azərbaycanda, həm də Azərbaycandan kənarda çoxsaylı tədbirlərə imza atılıb".

M.Qurbanlı vurğulayıb ki, bugünkü dünyamızda mədəniyyətlərarası, sivizasiyalararası münasibətlərin daha da gücləndirilməsi çox vacibdir: "Çünki müasir dünyamızı təhdid edən bir sıra məsələlər var ki, bunların həll edilməsində dialoqun gücləndirilməsi vacib elementlərdən biri sayılır. Qafqaz Müsəlmanları İdarəsinin xətti, həm Dini Komitənin və müxtəlif nümayəndələrin iştirakı ilə bu sahədə bir çox tədbirlər həyata keçirilib. Dini Liderlərin Birinci Sammiti, bu yaxınlarda isə Dini Liderlərin İkinci sammiti keçirilib və Bakı bəyannaməsi qəbul edilib. Bütövlükdə, bu tədbirlərin çox böyük əhəmiyyəti var. Bu tədbirlər Azərbaycanın multikultural dəyərlərinin dünyaya çatdırılmasında əhəmiyyətli yer tutur".


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Laos Prezidenti Zəfər parkını ziyarət edib
13:58 13.10.2026
Laos Prezidenti Zəfər parkını ziyarət edib
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
13:57 13.10.2026
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
VPN istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?- Ekspertdən xəbərdarlıq
13:41 13.10.2026
VPN istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?- Ekspertdən xəbərdarlıq
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinənlər saxlanıldı - FOTO
13:30 13.10.2026
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinənlər saxlanıldı - FOTO
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
13:25 13.10.2026
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
13:23 13.10.2026
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
13:22 13.10.2026
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
13:09 13.10.2026
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
Bu şəxslərin iş rejimi dəyişir
12:58 13.10.2026
Bu şəxslərin iş rejimi dəyişir
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
12:56 13.10.2026
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
12:54 13.10.2026
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
12:52 13.10.2026
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
12:37 13.10.2026
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
Metro gücləndirilmiş rejimdə çalışacaq
12:36 13.10.2026
Metro gücləndirilmiş rejimdə çalışacaq
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
12:35 13.10.2026
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu
12:30 13.10.2026
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu