Nazir Əli Abbasov ‘SİVECO’ şirkətinin prezidenti ilə görüşdü

Nazir Əli Abbasov ‘SİVECO’ şirkətinin prezidenti ilə görüşdü
12:24 14.03.2013
1039

Rumıniyanın “SİVECO” şirkəti Azərbaycanda İSO standartları alan elektron həllərlə bağlı təkliflər vermək niyyətindədir.

Nazirliyinin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Rumıniyanın İKT sahəsində aparıcı şirkətlərindən olan “SİVECO”-nun prezidenti və baş icraçı direktoru İrina Sokonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycanın İKT sahəsində gördüyü işlər, o cümlədən respublikada informasiya texnologiyaları sahəsində aparılan islahatlar, perspektivlər barədə qonaqları məlumatlandıran nazir Əli Abbasov ölkəmizdə bu sahənin inkişaf tempinin ildən-ilə yüksəldiyini vurğulayıb. Xüsusilə həyata keçirilən yerli və regional layihələr, o cümlədən ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı internet xidmətlərinin çatdırılmasını nəzərdə tutan “Evlərə optika” modelindən, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM), “EuraCA” (Eurasian Connectivity Alliance) layihələrindən söz açan nazir “SİVECO”-nun gələcəkdə bu kimi layihələrdə iştirak edə biləcəyini vurğulayıb.

İlk növbədə Azərbaycanın ilk telekommunikasiya peykinin geostasionar orbitə çıxarılması münasibətilə təbriklərini çatdıran İrina Soko ölkəmizdə İKT-nin sürətli inkişafından məmnunluğunu ifadə etməklə yanaşı, respublikada “İKT ili” elan edilməsini də bu sahəyə dövlət tərəfindən diqqətin göstəricisi kimi dəyərləndirib. Avropa Komissiyasının Mərkəzi və Şərqi Avropada həyata keçirdiyi islahatlarda kifayət qədər təcrübə qazanan “SİVECO” şirkətinin Azərbaycan və Rumıniya arasında strateji əməkdaşlığa töhfə verəcəyini qeyd edən İrina Sokonun sözlərinə görə, şirkət gələcəkdə Azərbaycanda həyata keçirilən “Elektron hökumət” quruculuğu sahəsində əməkdaşlıqda maraqlıdır. Hazırda ölkəmizdə müxtəlif qurumlar, o cümlədən Təhsil, Səhiyyə, Kənd Təsərrüfatı nazirlikləri ilə əməkdaşlıq çərçivəsində İKT vasitəsilə təhsilin inkişafı, səhiyyə sistemində yeni həllər, aqrar sektorda məhsuldarlığın artırılması ilə əlaqədar proqram təminatının tətbiqində yaxından iştirak etdiklərini vurğulayan “SİVECO” rəsmisi gələcəkdə də Azərbaycanda “e-təhsil”, “e-səhiyyə”, “e-biznes”, “e-kənd təsərrüfatı”, “e-gömrük” və s. kimi sahələrdə İSO standartları alan elektron həllərlə bağlı faydalı təkliflər vermək niyyətində olduqlarını deyib.

Nazir də öz növbəsində ölkəmizdə İKT sahəsi üzrə aparılan islahatlarda Rumıniya təcrübəsinin səmərəli olacağına əminliyini ifadə edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə,

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
06:54 27.07.2026
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO