Nazir: 'İnsanlar sosial şəbəkələrdə bir-birlərini təhqir edirlər'
Bütün Xəbərlər
22:40 06.05.2013
889
Azərbaycanda internetin hüquqi bazasının inkişafına ehtiyac vardır. AzərTAc xəbər verir ki, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov AzərTAc-a müsahibəsində deyib.Nazir qeyd edib ki, ölkədə internet istifadəçilərinin hüquqlarının pozulması faktları müşahidə olunur, həmçinin insanların internet vasitəsilə, əsasən də sosial şəbəkələrdə bir-birini təhqir etməsi kimi hallara rast gəlmək mümkündür. Bir çox ölkələrdə isə boşanmaların 5-10 faiz artmasının səbəblərindən biri insanların sosial şəbəkələrdə xoşagəlməz fəaliyyəti ilə bağlıdır.