Paulo Rikardo Kakanı Londona çağırıblar
“Neftçi” İSM futzal klubunun baş məşqçisi Paulo Rikardo Kakanı Londona çağırıblar. AZXEBER.COM-un fanat.az portalına istinadən verdiyi məlumata görə, baş məşqçi fevralın 23-25-dək Londonda səfərdə olacaq. Bu müddətdə o, futzal biliklərini ingiltərəli məşqçilərə öyrədəcək, onlar üçün master-klass təşkil edəcək. Dərslər Harvad Universitetinin konfrans zalında baş tutacaq.
Bu müddətdə “Neftçi” İSM Bakıda hazırlıqlarını davam etdirəcək. Kakanın yoxluğunda komandaya köməkçisi Əbdülqəni Nurməmmədov başçılıq edəcək.