“Nərminin ölümünə görə Xoşqədəmi günahlandırmaq gülüncdür”

SOSİAL
16:07 13.01.2020
7548
Artıq 1 həftədir ki, ölkə gündəmini 10 yaşlı Nərminin amansızcasına qətli zəbt edib.
 
Hadisə ilə bağlı bir qrup şəxs Nərminin axtarışı ilə məşğul olan "Xəzər” televiziyasının aparıcısı Xoşqədəm Hidayətqızını günahlandırır və onun qatilin tapılmasına mane olduğunu deyirlər.
 
Bəs görəsən bu məsələdə aparıcını qınamaq nə dərəcədə düzgündür?

AZXEBER.COM bu mövzu ilə bağlı televiziya eksperti Zeynal Məmmədli ilə əlaqə saxlayıb
 
Televiziya eksperti bu məsələdə aparıcı və ya verilişi günahlandırmaq əvəzinə, axtarışın düzgün aparılmasının lazım olduğunu qeyd edib:
 
"Burada məsələyə bir az geniş bucaqdan baxmaq lazımdır. Belə bir hadisə olub və bu cəmiyyət üçün çox önəmlidir. Belə bir halda jurnalistə müraciət olunursa, onun bu mövzunu işləməsi boynunun borcudur. Bu məsələdə Xoşqədəm Hidayətqızını günahlandırmaq və günahı verlişdə axtarmaq mənə gülünc gəlir. Məsələnin ağırlıq nöqtəsini niyə dəyişdirirlər? Biz bu mövzuda verilişi və ya aparıcını günahlandırmaq əvəzinə, televiziya verilişlərinin belə hallarda hansı addımlar atmalı olduğu haqda ortaq məxrəcə gəlməliyik. İttiham hissindən uzaq davranmaq lazımdır, bu hisslə bir addım irəli gedə bilmərik"
 
Zeynal Məmmədli verilişi qatilin hər gün verilişi izləməsi və bunun onun üzə çıxmasına mane olması haqda deyilən fikirlərə də öz münasibətini bildirib:
 
"Mən məsələni anlayıram, ancaq bəzi qurumlar öz fəaliyyətsizliyinin və vaxtında addım atmamaqlarını verilişlə izah etmək istəyir. Bu nə deməkdir? Bizim hansı qarantiyamız var ki, Xoşqədəm Hidayətqızı bu məsələni işıqlandırmasaydı, qurumlar vaxtında davranıb uşağı xilas edəcəkdi? Niyə günahı verilişin üzərinə yıxırıq? Bu belə bir çətin vəzifə idi ki, bunu vaxtında görmürdülər? Onlar çox asanlıqla bu izə düşə bilərdilər. Əgər verilişi ittiham etmək üçün əsas varsa belə, bu ilk olduğu üçün fikrimizi onda cəmləşdirməməliyik. Əksinə bundan sonra necə davranmaq lazımdır ki, qatilə fürsət verilməsin. Yaxşı olar ki, hüquq mühafizə orqanları verilişlə birgə iş aparsın və əlaqədə olsunlar. Onlar verilişə bunun onlara mane olacağı haqda hər hansı xəbərdarlıq etmişdilərmi? İş işdən keçəndən sonra bunu bildirirlər. Ona görə mən burda TV və ya Xoşqədəm Hidayətqızının günahı olubsa belə, onu günahlandımağın əleyhinəyəm. Yenə də deyirəm bu verilişdə yalnışlıq varsa da, bu bizə dərs oldu və gələcəkdə necə davranmalı olduğumuzu bizə öyrətdi".
 
Günel Hüseynli

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:46 31.10.2020

Erməni ordusunda hərbçi qıtlığının çirkin mənzərəsi – FOTO

18:27 31.10.2020

Cavaxetiya separatçısı ermənilərin Qarabağda döyüşməsi üçün yalvarır

18:10 31.10.2020

ETSN: İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir

17:53 31.10.2020

MN: Düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir

17:30 31.10.2020

"Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silah yoxdur və istifadə olunmur"

17:27 31.10.2020

MN: Hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir

17:21 31.10.2020

Leyla Abdullayeva XİN rəhbərlərinin Cenevrə görüşündən danışdı: “Bundan sonra...”

17:03 31.10.2020

XİN: Ermənistanın cinayətləri müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi tövsif olunmalıdır

17:00 31.10.2020

Azərbaycanın 182 yaşayış məntəqəsinə mərmi atılıb - RƏSMİ

16:55 31.10.2020

Ali Məhkəmə bəyanat yaydı

16:45 31.10.2020

Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edildi - Video

16:26 31.10.2020

“Bu gün ermənilər rayonlarımıza 300-dən artıq mərmi atıb”

16:25 31.10.2020

Düşmən yaşayış məntəqələrimizi atəşə tutur

16:12 31.10.2020

"Azərbaycan öz tolerantlıq ənənələrinə sadiqdir"

15:53 31.10.2020

Səbinə Əliyeva beynəlxalq təşkilatlara müraciət etdi

15:42 31.10.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı daha da artdı