Nəsimi rayonunda xatirə guşəsinin açılış mərasimi keçirild

Nəsimi rayonunda xatirə guşəsinin açılış mərasimi keçirild
SOSİAL
16:21 16.01.2018
1345

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər təşkil edilib

 

AZXEBER.COM xəbər verir ki, Yanvarın 16-da Nəsimi rayonu H.Seyidzadə küçəsi 25 ünvanında 20 yanvar hadisələri zamanı həlak olmuş Qasımov Abbas Şəmməd oğlunun və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Əliyev Namiq Famil oğlunun yaşadıqları binanın həyətində onların xatirəsinə həsr edilmiş guşənin açılışı olub.


Açılışda şəhid Namiq Əliyevin təhsil aldığı Nəsimi rayonu 9 saylı tam orta məktəbin müəllim və şagirdləri, "Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, 20 yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev və cəmiyyətlərin üzvləri iştirak edib.


Xatirə guşəsinin açılışında Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva cıxış edərək bildirdi ki, 1990-cı ilin 20 yanvar günü Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu tarix dünyanın hər yerində Azərbaycan xalqının azadlığı və suverenliyi uğrunda mübarizəsinin simvolu kimi qeyd edilib.


SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, torpaqlarımıza iddia edən Ermənistanın siyasətinin dəstəklənməsinə, o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış xalqa qarşı sovet ordusunun hərbi birləşmələrinin yeridilməsi Bakıda faciəyə gətirib çıxararaq, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələnib. Gülarə Verdiyeva dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid ailələrinə Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısından danışaraq şəhidlərin ailələrinin, hadisələr zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədilə dövlətimiz tərəfindən əməli tədbirlər görüldüyünü, bununla bağlı onlarla Fərman və Sərəncamın verildiyini diqqətə çatdırdı.


Açılış mərasimində iştirak edənlər ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə daim qayğı göstərildiyini, sosial problemlərinin həllində dövlət dəstəyi ilə əhatə

olunduqlarını söyləyib, hər kəsi ölkəmizin firavanlığı və xoş gələcəyi naminə dövlətçiliyimizin keşiyində durmağa çağırıblar.


Tədbir daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Əliyev Namiq Famil oğlunun təhsil aldığı 9 saylı tam orta məktəbdə məktəblilərin iştirakı ilə təşkil edilmiş anım mərasimi ilə davam edib.





OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
20:50 25.06.2026
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ