Nigeriyada gəmi batıb, onlarla insan ölüb

Nigeriyada gəmi batıb, onlarla insan ölüb
DÜNYA
02:36 02.12.2021
502
Nigeriyanın Kano əyaləti sahillərində Baqvay çayında gəmi batıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, çaydan 20 nəfərin meyiti çıxarılıb.

Gəmi həddindən artıq yüklənmə səbəbindən batıb.

Axtarış-xilasetmə tədbirləri nəticəsində 7 nəfər xilas edilib.

İtkin düşən sərnişinlərin axtarışları davam edir.

Gəmidə təxminən 40-50 nəfərin olduğu təxmin edilir.
OXŞAR XƏBƏRLƏR