Nizaməddin Quliyev bu adamlardan rüşvət tələb edib - SİYAHI

Nizaməddin Quliyev bu adamlardan rüşvət tələb edib - SİYAHI
SOSİAL
13:11 03.03.2022
527
Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısının sabiq müavini Ramiz Tatarov istintaq ifadəsində həbsdə vəfat edən RİH-in keçmiş başçısı Nizaməddin Quliyevin kimlərdən rüşvət tələb etdiyini açıqlayıb.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, o, dindirilən zaman bildirib ki, N.Quliyevin tapşırığı ilə Hüseynov Azər Camələddin oğlunun Ağstafa rayonu üzrə Maliyyə şöbəsinin rəisi vəzifəsinə təyin olunması müqabilində ondan 10 000 manat, İsmayılov Malik Kərim oğlunun Ağstafa RİH-in başçısının Kolxəlfəli kənd inzibati ərazi üzrə nümayəndəsi vəzifəsinə təyin olunması müqabilində 5 000 manat, Hüseynov Taleh Abdulla oğlundan Ağstafa Mənzil-kommunal təsərrüfat birliyinin baş direktoru vəzifəsinə təyin edilməsi müqabilində 15 000 manat, Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Abbasov Kamran Yahya oğlunun vəzifəsində saxlanılmasına görə və xidmət üzrə ümumi himayədarlıq müqabilində 20 000 manat, Y.Abbasovdan Ağstafa RİH-in başçısının Ağgöl kənd icra nümayəndəliyində mühasibi işləyən oğlu Kənan Abbaslının vəzifəsində saxlanılmasına görə və xidmət üzrə ümumi himayədarlıq müqabilində 2 000 manat pul istəyib.

R.Tatarov qeyd edib ki, həmin şəxslər tələb olunan rüşvəti ona verməyib: "Daha sonra Nizaməddin Quliyevin tapşırığı əsasında şəxsən Hüseynov Taleh Abdulla oğlunun Ağstafa Mənzil-kommunal təsərrüfat birliyinin baş direktoru vəzifəsində saxlanılmasına görə ondan ümumilikdə 8 280 manat pul aldım. Həmin məbləği isə Nizaməddin Quliyevə təqdim etdim”.

Qeyd edək ki, N.Quliyev və R.Tatarov 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

2021-ci il sentyabrın 7-də N.Quliyev Gəncə şəhər modul tipli xəstəxanasında koronavirusdan vəfat edib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.

Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi