"Novruz bayramı ilə əlaqədar şənliklərin keçirilməsi hələ qüvvədədir" - Agentlik

"Novruz bayramı ilə əlaqədar şənliklərin keçirilməsi hələ qüvvədədir" - Agentlik
SOSİAL
12:46 27.02.2020
1596
Koronavirusla əlaqədar dünyada hər gün vəziyyət dəyişir. Buna baxmayaraq, Azərbaycanda Novruz bayramı ilə bağlı hazırlıqlar davam edir. Bayramla əlaqədar şənliklərin, tədbirlərin keçirilməsi hələ qüvvədədir.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, ötən ilin sonunda Azərbaycana gələn xarici vətəndaşların sayında 10 faizlik artımın olacağı proqnozlaşdırılırdı. Lakin bu il nəzərdə tutulan artımın mümkün olacağı gözlənilmir.

K.Quluzadə əlavə edib ki, ötən il Azərbaycan turizmi mənfi tendensiya ilə başlasa da, bu il müsbət tendensiya ilə başlayıb: "Buna görə də indi koronavirusa görə bu dövrləri müqayisə etmək hələ tezdir. Koronavirus Azərbaycanın sərhədlərinə yeni gəlib. Yanvarda koronavirus Çində var idi, lakin bu, bir o qədər də qlobal səviyyədə deyildi".

Agentlik rəsmisi əlavə edib ki, yanvar ayında Azərbaycana gələn turistlərin sayında 18 faiz artım var idi: "Fevralda da rəqəmlər müsbət olacaq, çünki bazar bir o qədər də bu virusa reaksiya verməyib. Digər tərəfdən, fevralın iki dekadasında ölkəmizdə İranda virusun yayılma təşvişi də yaşanmayıb. Lakin fevralın 3-cü dekadasında bununla bağlı dünyada vəziyyət dəyişdi. Martın birinci yarısının sonunda tendensiyanın nədən ibarət olacağı, rəqəmlərin necə dəyişəcəyi bilinəcək. Ümid edirik ki, illik rəqəmlərimiz mənfi olmayacaq. Amma bu, hadisələrin gedişatından asılıdır".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
16:00 02.07.2025
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
15:36 02.07.2025
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
15:20 02.07.2025
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir