““One minute manage” sistemini Azərbaycana gətirəcəyik” –MÜSAHİBƏ

““One minute manage” sistemini Azərbaycana gətirəcəyik” –MÜSAHİBƏ
SAĞLAMLIQ
10:27 04.11.2015
3276

Azərbaycan-Avropa Tibb Asossiasiyasının sədri Araz Bayramovun Aktual.az-a müsahibəsi

Dosye:Dr. Araz Bayramov Fransada təhsil alıb. Fransanın Eduard Herriot adına Mərkəzi Xəstəxanasında çalışıb. ABŞ-ın dünyaca məşhur “Klivlend” və “Amerikan” klinikaları,

“Georges Lopez” İnsitutu ilə əməkdaşlıq edən Dr. Araz Bayramov Avropa Uroloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvüdür.

2010-cu ildə ölkəyə dönən Dr. Araz Bayramov Mərkəzi Gömrük Hospitalı, Oksigen Klinikasında urologiya şöbəsinin müdiri vəzifələrində çalışıb. Hazırda MTN-nin Hospitalı və “Baku Clinc”də işləyir.

Böyrək daşlarının ən müasir üsulla çıxarılması, prostat xərçənginin erkən aşkarlanması və müalicəsi, böyrək kistaları və törəmələrinin laporoskopik müalicəsi, uşaqlarda anadangəlmə böyrək-sidik problemlərinin aradan qaldırılması və digər uroloji-androloji problemləri ən müasir üsullarla aradan qaldırır.

Hər iki böyrək daşlarının tam kəsiksiz, təbii yolla qalxaraq müalicəsini, prostat xərçənginin laporoskopik yolla radikal müalicəsini həyata keçirib.

Cənubi Qafqazda ilk dəfə olaraq böyrək şişlərinin laporoskopik üsulla böyrəyi qoruyaraq çıxarılması, yəni laporoskopik parsial nefrektomiya əməliyyatını həyata keçirib və 2013-cü ildə Serbiyanın Belqrad şəhərində Avropa Uroloqlar Cəmiyyətinin Şərq toplantısında uğurla təqdim edib.2011-ci il fevral ayının 2-də Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” adına layiq görülüb. Bir neçə gün öncə isə Azərbaycan-Avropa Tibb Asossiasiyasının sədri seçilib.

- Araz bəy, Azərbaycan-Avropa Tibb Asossiasiyası hansı zərurətdən yarandı?

- Tam səmimi deyəcəm. Azərbaycan səhiyyəsinin Avropa dəyərlərinə inteqrasiyası lazımi səviyyədə deyil. Düzdür, son illər xaricdə təhsil almış, Avropa protokollarını ölkəmizdə uğurla tətbiq edən çoxlu sayda mütəxəssizlərimiz var. Onlar ölkə səhiyyəsinin inkişafına öz tövhələrini verirlər. Lakin bu sahədə kifayət qədər görülməli işlərimiz var. Əvvəla, biz özəl tibb sektorunda fəaliyyət göstərən sahibkarların xaricdə təhsil alan həkimlərə qarşı ögey münasibətinin şahidi oluruq. Çox təəssüf ki, bəzi sahibkarlar onların xidmətlərindən layiqincə istifadə etmir, xaricdə təhsil alan mütəxəssisləri istismar etməyə çalışırlar. Unutmaq lazım deyil ki, bütün sahələrdə olduğu kimi, tibb sahəsi də inqilabi yenilik sayılacaq çoxsaylı uğurlara imza atıb. Bu uğurları mənimsəyən, ölkə səhiyyəsinə yeniliklər gətirmək iqtidarına olan mütəxəssislər bizim milli sərvətimizdir. Onların fəaliyyətindən geniş istifadə olunmalıdır. Eyni zamanda kordinasiyalı şəkildə fəaliyyət göstərmələrinə nail olmaq lazımdır. Digər yandan vətəndaş cəmiyyətinin fəal üzvləri arasında tibb sektorunun nümayəndələri də yer almalıdır. Azərbaycan-Avropa Tibb Asossiasiyası bu zərurətdən yarandı və inanırıq ki, öz məqsədlərimizə doğru sürətlə irəliləyəcək.

- Fəaliyyətinizdə hansı yeniliklər olacaq?

- Yeniliklər çoxdur. Əsas yenilik xaricdə təhsil alan həkimlərin bir araya toplanması və ölkədə həyata keçirilən səhiyyə islahatlarına dəstək olmaqdır. Müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tuturuq ki, bu sırada xəstələrə güzəştli xidmətlərin göstərilməsi, müxtəlif tədbir və konfransların, o cümlədən beynəlxalq konfransların, xeyriyyə aksiyalarının təşkili, böyük aidutoriyaya çıxış imkanları olan tibbi portalın yaradılması, gənc həkimlərin xaricdə ixtisas artırmasına nail olmaq xüsusi yer tutur.

- Qeyd etdiniz ki, asossiasiyanın yeni tibbi protalı fəaliyyət göstərəcək. Bu portalın fəaliyyəti nədən ibarət olacaq?

- Qeyd etmək istəyirəm ki, asossiyasiyada istedadlı həkimlərlə yanaşı, tanınmış marketoloqlar, ictimai xadimlər, jurnalistlər də təmsil olunur. Biz müxtəlif sahələrdən olan mütəxəssisləri öz sıralarımıza cəlb edəcək və onların potensialından asossiasiyanın güclənməsi naminə istifadə edəcəyik. Misal üçün ATƏT-in zirvə toplantılarında ölkəmizi təmsil edən və vətəndaş cəmiyyətinin fəal nümayəndələrindən olan Atatürk Kamallı, Trend informasiya agentliyinin baş redaktor müavini və Aktual.az portalının baş redaktoru, tanınmış jurnalist Azər Niftiyev və digər şəxslər Azərbaycan-Avropa Tibb Asossiasiyasının rəhbərliyində təmsil olunacaqlar. Qeyd edim ki, asossiasiyanın fəxri üzvləri də olacaq. Bu sırada millət vəkilləri, ictimaiyyətin tanınmış nümayəndələri yer alacaq. Bir müddət sonra bu barədə ictimaiyyətə ətraflı məlumat verəcəyik. O ki qaldı Azərbaycan-Avropa Tibb Asossiasiyasının nəzdində fəaliyyət göstərən tibbi protala, bu portal draraz.com adı altında fəaliyyət göstərəcək. Təvazökarlıqdan uzaq olsa da deyim ki, bu portal tibbi informasiya portalları arasında lider mövqeyinə keçəcək və asossiasiya nəzərə tutduğu planları bu informasiya resursu vasitəsilə ictimaiyyətə çatdıracaq. Bununla yanaşı ölkənin aparıcı informasiya resursları, televiziya və radiolar, informasiya agentlikləri, xəbər portalları, gündəlik qəzetlər asossiasiyaya informasiya dəstəyi verəcəklər.

- Azərbaycan-Avropa Tibb Asossiasiyasının rəhbəri olaraq ölkə səhiyyəsinin inkişafını necə görürsünüz?

- Artıq Azərbaycan səhiyyəsində tibbi menecmentliyin tətbiq olunmasının zamanı gəlib çatıb. Medical menecmentliyin ölkəmizdə tətbiqi Azərbaycan-Avropa Tibb Asossiasiyasının əsas fəaliyyət sahələrindən biridir. “Harvard”ın “One minute manage” sistemini Azərbaycana gətirəcəyik. İnanıram ki, asossiasiyanın fəaliyyəti yerli xəstələrin ölkə səhiyyəsinə olan inamının artmasına, onların xarici təsirlərdən uzaq durmasına, vətəndaş cəmiyyəti sektorunda yeni situasiyanın yaranmasına gətirib çıxaracaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
23:01 08.06.2026
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
22:56 08.06.2026
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
22:53 08.06.2026
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
22:48 08.06.2026
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
22:42 08.06.2026
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
22:40 08.06.2026
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
Bakının iki rayonunda işıq kəsiləcək
22:37 08.06.2026
Bakının iki rayonunda işıq kəsiləcək
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
22:26 08.06.2026
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
22:16 08.06.2026
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
22:08 08.06.2026
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
22:00 08.06.2026
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
21:52 08.06.2026
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
21:47 08.06.2026
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
21:37 08.06.2026
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
21:34 08.06.2026
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı
21:22 08.06.2026
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı