"Onların başı kiminsə qoltuğunun altındadır"

"Onların başı kiminsə qoltuğunun altındadır"
SİYASƏT
17:37 07.10.2017
1898
"Son vaxtlar ölkəmizdə gedən iqtisadi islahatlar, post-neft dövrünün maraqlı istiqamətləri, aqrar sahənin inkişafı, iqtisadi zonaların yaradılması vətəndaşların sosial durumunun yaxşılaşdırılmasına yönəlib. Əlbəttə, sentyabrın 14-də Bakıda Xəzər dənizindəki "Azəri-Çıraq- Günəşli" yatağının 2050-ci ilədək birgə işlənməsinə dair sazişin imzalanması dünyanı qıcıqlandırdı.  Burada Azərbaycan müstəqil mövqe göstərdi. Azərbaycan təbii sərvətlərinin özünün idarə etdiyini dünyaya bəyan etdi. Bu addım bəzi Avropa dövlətlərini və bizi istəməyən qüvvələri qıcıqlandırdı. Bu qıcıq nəticəsində bir sıra dünya mətbuatında Azərbaycan əleyhinə kampaniya aparıldı. Bizim uğurlarımızı ləkələmək istəyi meydana çıxdı".

Bu sözləri modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
 
Komitə sədri bidlrib ki, həmin saziş imzalandıqdan sonra müxalif qüvvələr və müxalifət hərəkətə keçdi. 

"Mitinqlər keçirmək həvəsinə düşdülər. Bunların cavabını isə cənab Prezident İlham Əliyev BMT-nin 72-ci sessiyasında çıxış edən zaman çox layiqincə verdi. Prezident çıxışı zamanı Dağlıq Qarabağ mövzusuna da toxundu. Eyni zamanda, qeyd etdi ki, dünyada ikili standartlar var. BMT öz fəaliyyətinə diqqət yetirməlidir. Qərarların icrasına nəzarət etməlidir. Bu çox ciddi bir çağırışıydı. İlham Əliyev bildirdi ki, əgər belə olmasa, biz "Aprel döyüşləri"ni təkrarlaya bilərik".
 
H.Rəcəbli qeyd edib ki, 2002-ci il sentyabrın 24-də BMT-nin 58-ci sessiyasında  o vaxt Baş nazir postunda olan, hazırki Prezident İlham Əliyev həmin dövr üçün çox kəskin çıxış etmişdi.

"İlham Əliyev BMT-nin Təhlükəsizlik Şurasını çox kəskin tənqid etmişdi. O, bu çıxışı ilə demişdi ki, necə olur ki, sən öz qərarlarınən icrasına nəzarət edə bilmirsən? Həmçinin, Prezident İlham Əliyevin Avropa təşkilatlarının Azərbaycanda olan diplomatları ilə görüşü bir daha Azərbaycanın dünya çapında sərbəst, özünəməxsus siyasət apardığını göstərdi. 

Bu gün bir çox oyuncaq dövlətlər var. Onların başı kiminsə qoltuğunun altındadır. Bu ölkələrin bir nömrəlisi elə Ermənistandır. Prezident də həmin görüşdə vurğuladı ki, biz Avropa Şurasından çıxsaq,  dünya dağılmaz. Bunun nəticəsində bizim üçün heç bir problem olmayacaq. Buradan da bir məntiqi nəticə çıxır ki, Avropa Şurası, beynəlxalq təşkilatlar maraqlıdırlar ki, biz onlarla əməkdaşlıq edək. Əgər nəticə varsa, biz də onlarla əməkdaşlıq edəcəyik.  
Beynəlxalq münasibətlərin son nəticəsi Azərbaycan vətəndaşı, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir. Azərbaycanın müstəqil siyasət apardığını dünyaya göstərir.  Bu da onunla bağlıdır ki, Azərbaycana rəhbərliyi İlham Əliyev kimi dünyavi siyasətçi edir".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
15:47 19.06.2026
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim