OpenAI tərtibatçılar üçün təhlükəsizlik tədbirlərini artırır.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, şirkət "Verified Organisation" statusunu məcburi etməyə hazırlaşır. Yeni sistemlə ən qabaqcıl süni intellekt modellərinə daxil olmaq üçün şəxsiyyətin yoxlanılması tələb olunacaq.
OpenAI-nin saytında verilən məlumata görə, bu proqram süni intellekt alətlərindən məsuliyyətli istifadəni təmin etmək üçün qüvvəyə minəcək.
Müvafiq olaraq, yalnız şəxsiyyət vəsiqəsi təqdim edən və dəstəklənən ölkələrdən birində fəaliyyət göstərən təşkilatlar bu statusu əldə edə biləcəklər.
ID yalnız 90 gündə bir dəfə fərqli təşkilat üçün istifadə edilə bilər.
Bundan əlavə, bütün təşkilatlar avtomatik olaraq bu statusa uyğun hesab edilməyəcək. Uyğunluq şirkət tərəfindən müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriləcək.
Gülay