Orxan Kəngərliyə narkotik tərkibli dərmanlar satan aptek müdiri də tutuldu

Orxan Kəngərliyə narkotik tərkibli dərmanlar satan aptek müdiri də tutuldu
KRİMİNAL
11:13 20.11.2026
78
"Alyans” vəkil bürosunun rəhbəri Orxan Kəngərli həbs edilib.

AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, onunla birgə daha bir nəfər həbs edilib.

Orxan Kəngərli ilə birgə həbs edilən aptek müdiri Xalid Mustafayevdir.

Ona Cinayət Məcəlləsinin 240.2.1-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, o, vəkil Orxan Kəngərliyə narkotik tərkibli dərmanları reseptsiz satırmış.

Məhkəmənin qərarı ilə X. Mustafayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, X.Mustafayev 2019-cu ildə də eyni əmələ görə həbs edilib.

OXŞAR XƏBƏRLƏR