Oğurladığı qızılları sataraq özünə avtomobil alan şəxs saxlanıldı

Oğurladığı qızılları sataraq özünə avtomobil alan şəxs saxlanıldı
KRİMİNAL
10:58 01.09.2026
118
Kürdəmir rayonunda yerləşən mənzillərin birindən ümumi dəyəri 7 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
 
AZXEBER.COM xəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı Nazir Qasımov saxlanılıb. 

Araşdırmalarla saxlanılan şəxsin həmin qızılları paytaxt ərazisində yerləşən qızıl-zinət əşyalarının alqı-satqısı məntəqələrinin birində satdığı və əldə etdiyi pullarla avtomobil aldığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, N.Qasımov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR